Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Fəhd bin Əli əd-Dosərini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə rəsmi mətbuat məlumat verib.
Görüş zamanı diplomat fəaliyyəti müddətində ikitərəfli münasibətlərimizin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, investisiya qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb.
İ.Əliyev öz növbəsində ölkələrimizin bir-birilərinə bütün beynəlxalq təşkilatlarda dəstək vermələrinin önəmini qeyd edib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının mövqeyini yüksək qiymətləndirib. Prezident ölkələrimiz arasında iqtisadi əlaqələrin bütün istiqamətlərdə inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.
Həmin gün dövlət başçısı Sloveniyanın baş naziri Yanez Yanşa ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Sloveniya arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.
İ.Əliyev xüsusislə qeyd edib ki, Sloveniyanın baş nazirinin ölkəmizə səfəri uğurlu olacaq, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığımızın genişləndirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması işinə təkan verəcək.
İkitərəfli münasibətlərin genişləndirilməsində iqtisadi əməkdaşlığın vacib rol oynadığını deyən İ.Əliyev birgə iqtisadi fəaliyyət, investisiya qoyuluşu və digər sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların araşdırılmasının zəruriliyini vurğulayıb.
Y.Yanşa öz növbəsində çərşənbə günü Azərbaycan-Sloveniya biznes forumu zamanı əməkdaşlığa dair imzalanan sazişlərin əhəmiyyətini qeyd edib. O həmçinin vurğulayıb ki, ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu bildirib. Baş nazir o cümlədən, ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət