Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQDK) “Open doors”(Açıq qapılar) təşkilatının Azərbaycanda xristian icmalarının fəaliyyətinə məhduddiyyət qoyulması və dövlətin onları qeydiyyata almaqdan imtina etməsi barədə iddialarını əsassız hesab edir.
“Azərbaycanda xristian icmalarının fəaliyyəti üçün istər qanunvericilik , istərsə də dini nöqteyi nəzərdən normal şərait yaradılıb”,- deyə DQDK mətbuat xidməti komitə sədri Elşad İskəndərova istinadən bildirir.
Komitə sədrinin sözlərinə görə, “Open doors” təşklatının təqdim etdiyi informasiya qərəzlidir və həqiqəti əks etdirmir.E.İskəndərov təşkilatın guya protestant icmasının kilsə və dini qurumlarının 2010-cu ildə yenidən qeydiyyatdan keməli olduğunu və bununla əlaqədar qeyri- leqal vəziyyətdə olması barədə məlumatına xüsusi diqqət çəkib. “Həqiqətən, 2010-cu ildən sonra 10 xristian icması, o cümlədən pravoslav, katolik, malokan,eləcə də protestant dini strukturları, Lüteran, “Yeni həyat” və “Yeni söz” icmaları komitə tərəfindən yenidən qeydiyyata alınıb.Buna görə əgər “Open doors” bu faktları görsə bu onun adına daha çox yaraşardı”,- deyə komitə sədri qeyd edib.
Eynizamanda DQDK mətbuat xidmətindən bildirilib ki, 2010-cu ildə əvvəllər komitədə qeydiyyatdan keçmiş heç bir xristian icmasının fəaliyyəti ləğv edilməyib və o zaman qeydə alınmış xristian icmalarının hüquqi statusu bu gün də qüvvədədir.
Komitənin mətbuat ximətinin nümayəndəsinin sözlərinə görə, sözügedən təşkilatın banisi bir vaxtlar sosialist ölkələrinə İncilin qaçaqmalçılıq yolu ilə daşınması ilə məşğul olub və bu həmin təşkilatın Azərbaycana qarşı qərəzli və həqiətdən uzaq fikirlərini izah edir.
“Bu onunla əlaqədardır ki, Azərbaycanda dini sahə ilə bağlı məsələlər qanunla tənzimlənir və hər hansı bir təşkilat və ya şəxslər tərfindən qaçaqmalçılıq yolu ilə dini xarakterli ədəbiyyatın gətirilməsi , yayılması mümkün deyil.Ola bilər ki, bu cür qanuynsuz fəaliyyət göstərməyə adət etmiş insanları Azərbaycvanda fəaliyyət göstərə bilməmələri ciddi narahat edir”,- deyə o bildirib.
Komitə nümayəndəsinin sözlərinə görə, dini icmaların, o cümlədən xristian dini qurumlarının qanunvericiliyə uyğun şəkildə ölkəyə dini ədəbiyyat gətirmək və nəşr etdirmək imkanları var. “Bundan əlavə Komitə ötən il ölkəyə İncil və digər müqəddəs kitabların gətirilmə qaydalarını sadələşdirib”.
Bununla yanaşı, son 10 ildə Bakıda katolik kilsə inşa edilib. Azərbaycan və Vatikan arasında katolik kilsənin hüquqi statusuna dair saziş imzalanıb, dövlət Lüteran kilsəsini təmir etdirib, Qax rayonunda Gürcü pravoslav kilsəsində, Qəbələ rayonunun Nic kəndində Alban-Udin , Bakıda Rus Pravoslav kilsələrində təmir işləri aparılıb
Eyni zamanda dünyanın nüfuzlu xristian mərkəzlərinin rəhbərləri,o cümlədən mərhum Roma Papası II İohan Pavel və Moskva patriarxı II Aleksiy və onun xələfi Kirill, Konstantinopol patriarxı II Varfolomey, Gürfcüstan katolikosu II İlya Azərbaycana müxtəlif dövrlərdəki səfərlərində ölkəmizin xristianlara münasibətini yqüksək qiymətləndiriblər”,- deyə o qeyd edib.
“Yuxarıda qedy edilən faktlar Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olmasını, dövlətin bu sahəyə böyük diqqətini, xristianların sərbəst yaşamasını və dini inancları ilə bağlı problemin olmadığını təsdiq edir”,- deyə komitə nümayəndəsi əlavə edib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət