Ukrayna 2013-cü ildə ATƏT-də sədrliyi çərçivəsində Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmaq üçün ATƏT-in Minsk qrupuna kömək etmək niyyətindədir.Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko belə söyləyib.
“Aydın məsələdir ki, Minsk qrupu fəallaşmalıdır. Bu gün üçün Minsk qrupunun formatı yeganə mümkün formatdır və indi onun fəaliyyətini aktivləşdirmək yolunu tapmaq əsas məsələdir.Ukraynanın sədrliyinin prioritetləri belədir”,- deyə o jurnalistlərə söyləyib.
Onun sözlərinə görə, Kiyev əvvəllər də dəfələrlə bəyan edib ki, dondurulmuş münaqişələrin nizamlanması ATƏT-də sədrlik etdiyi müddətdə Ukraynanın prioritetlərindən olacaq
“Bizim bu istiqamətdə məhz hansı addımlar atacağımızı siz il ərzində görəcəksiniz.Biz Ukraynanın XİN başçısının Azərbaycan və digər region ölkələrinə səfəri gözlənilir”,- deyə səfir bildirib.
A..Mişenkonun sözlərinə görə, Kiyev başa düşür ki Azərbaycan münaqişənin həllində ondan konkret addımlar gtözləyir və Ukrayna tərəfi nizamlanmada irəliləyişə nail olamq üçün mümkün olan hər şeyi edəcək. “Yəni Minsk qrupuna üzv ölkələrin səylərini birləşdirəcək əsas nöqtəni tapmaq, bununla da status- kvonun dəyişdirilməsinə, münaqişənin nizamlanması üzrə real danışıqların başlanmasına nail olamaq Ukraynanın qarşıya qoyduğu əsas məsələdir”,- deyə o qeyd edib.
“Biz ATƏT-də sədrlik edəcəyi müddətdə Ukraynanın Qarabağ münaqişəsi ilə bağlı bütün
problemləri həll edə biləcəyi fikrindən uzağıq. Bu yəqin ki, real olmazdı, heç kim bu fikirdə deyil.Lakin biz qarşıya belə bir məqsəd qoymuşuq - bu məsələdə irəliləyişə nail olmaq”,- deyə səfir əlavə edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət