Dövlət Gömrük Komitəsi (DGK) 2012-ci ildə 14,606 min hüquqpozma faktı aşkar edib. Bu barədə DGK sədri Aydın Əliyev qeyd edib.
“Bunlardan 272-si cinayət xarakterli faktlar olmuş və həmin faktlar üzrə tutulan qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 3 mln. 855,085 min manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 237-si Azərbaycan, 75 nəfəri xarici vətəndaş olmaqla , ümumilikdə 312 nəfərin barəsində müvafiq tədbirlər görülüb”, - deyə A.Əliyev çərşənbə günü rəsmi mətbuatda dərc edilən məqalədə bildirib.
DGK sədri həmçinin qeyd edib ki, 2012-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 87 fakt aşkar olunub və 136,876 kiloqram narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb. Bu faktlar üzrə şübhəli bilinən şəxslərdən 110 nəfər barəsində müvafiq tədbirlər görülüb, 15 narkoqrup zərərsizləşdirilib.
Onun sözlərinə görə, aşkar olunan 14334 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 373 hüquqi və 13945 fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib. Həmin şəxslərə qarşı 1 mln. 172 min 525 manat cərimə tətbiq olunub, dəyəri 182,352 min manat olan mallar müsadirə edilib.
A.Əliyev vurğulayıb ki, 2012-ci ildə valyuta qanunvericiliyinin pozulmasına qarşı gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində qanunvericiliyin tələblərini pozan şəxslərdən – 337 972 ABŞ dolları, 12 738 avro, 18 516 100 rus rublu, 4,651 kiloqram qızıl, 1 mln. 391 745 manat dəyərində 38 ədəd qızıl əşya, 10,218 kiloqram gümüş, 63 565 manat dəyərində 3 716 ədəd gümüş əşya tutulub.
Bundan başqa, hesabat ilində Azərbaycanın gömrük orqanları tərəfindən aksiz markasız və ya digər qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən 818 728 ədəd xaricdə istehsal olunan siqaret, 1,240 litr və 26 646 ədəd spirtli içki saxlanılıb.
2012-ci ildə mobil telefonlarla əlaqədar törədilmiş hüquqpozmalarla əlaqədar 13,322 min ədəd mobil telefon götürülüb. Bundan əlavə, gömrük orqanları tərəfindən hüquqpozma predmeti kimi 4 odlu silah, 46 ədəd pnevmatik silah, 3 ədəd ov silahı, 32 ədəd soyuq silah, 17 ədəd xalça və külli miqdarda digər mallar tutularaq barələrində müvafiq tədbir görülüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət