Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsinə qadağan qoyulmalıdır.Milli Məclisin deputatı Qənirə Paşayeva cümə günü belə təşəbbüslə çıxış edib.
“Sosial siyasət komissiyası tərəfindən “İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanun layihəsi hazırlanıb.Bir çox dövlətlərdə bu qanun qəbul edilib və ondan normal istifadə olunur”,- deyə o qeyd edib.
Deputat Azərbaycanda bununla əlaqədar vəziyyətin fərqli olmasından təəsüfləndiyini bildirib.
“Biz istərdik ki, insanlar ictimai yerdə siqarət çəkməkdən könüllü surətdə imtina etsinlər, axı siqaret çəkən vətəndaşlar yalnız özlərinin deyil, ətrafdakıların da sağlamlığına zərər verirlər. Əhalinin siqaret çəkməyən hissəsinin siqaretin mənfi təsirindən qorunması məqsədi ilə ictimai yerlərədə siqaret çəkilməsini qadağan edən qanunlar qəbul edilir.Bizdə bununla əlaqədar hazır qanun layihəsi mövcuddur və onu müzakirəyə çıxarmaq lazımdır”,- deyə Q.Paşayeva bildirib.
O həmçinin, yaşı 18-dən az olan şəxslərə tütün məmulatlarının satılmasından narahat olduğunu da ifadə edib.Bu qayda hər yerdə pozulur, uşaqlara siqaret satılır və bu ciddi problemdir”,- deyə parlamentari əlavə edib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, Azərbaycan siqaret çəkənlərin sayına görə aparıcı yerlərdən birini tutur.
“Gənclər arasında siqaret çəkənlərin sayının artması genofonda ciddi zərbə vurur.Həmçinin, ölkəmizdə “Tütün və tütün məmulatları haqqında” qanunun 15.5-ci maddəsinə əsasən, məktəb və mədəni müəssisələrlə, həmçinin uşaq malları satılan dükanlarla yanaşı tütün məhsullarının satışı qadağan edilib”,- deyə Q.Paşayeva vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət