Bakı Fond Birjasının (BFB) İdarə Heyəti Sədrinin səlahiyyətlərinin icra edilməsi Emin Muradova həvalə edilib.
Məlumatda qeyd edilir ki, 4 fevral tarixində Bakı Fond Birjası QSC-nin (BFB) Müşahidə Şurasının iclası keçirilib.
“İclasda BFB-nin İdarə Heyətinin sədri Emin Əliyevin başqa işə keçməsi ilə əlaqədar işdən azad edilməsi haqqında ərizəsi müzakirə edilib. Bakı Fond Birjasının (BFB) İdarə Heyəti Sədrinin səlahiyyətlərinin icra edilməsi Emin Muradova həvalə edilib”, - deyə məlumatda qeyd edilir.
E.Muradov 29 mart 2013-cü il tarixinədək keçiriləcək BFB–nin səhmdarlarının Ümumi Yığıncağında İdarə Heyətinin sədrinin səlahiyyətlərinin icra edəcək.
E.Muradov 1981-ci ildə anadan olub. 2007-ci ildə bank sistemində əmək fəaliyyətinə başlayıb, 2010-cu ildən etibarən isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Tədqiqatlar və bazarın inkişafı şöbəsinə rəhbərlik edib.
BFB - qapalı səhmdar cəmiyyəti formasında yaradılıb və fəaliyyət göstərən kommersiya təşkilatıdır. BFB 2000-ci ildə təsis edilmiş və yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılması olub. Hazırda BFB-nın sıralarında İstanbul Fond Birjası da olmaqla 19 səhmdarı var. BFB korporativ qiymətli kağızlar üzrə ticarət və hesablaşma (klirinq) əməliyyatlarını həyata keçirir. Dövlət qiymətli kağızlarının (AR Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazları (DQİ) və AR Mərkəzi Bankının Notları) ilkin və təkrar bazarı üzrə ticarət, depozitar və klirinq əməliyyatları bütünlüklə BFB-da icra edilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət