Fevralın 8-də Moskvada rusiyalı yazıçı-qafqazşünas, tarixçi, professor Rudolf İvanovun “Azərbaycan həqiqəti, Rusiyanın gəlişi və fars motivləri” kitabının təqdimatı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə kitabın müəllifi məlumat verib.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, alim və mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.
Kitabda XIX əsrin əvvəlində baş verən hadisələr öz əksini tapıb. O zaman Gürcüstanın sərhədlərinin qorunması bəhanəsi ilə Qafqaza daha çox sayda rus qoşunları gəlib. Rusiya orada sahiblik etmək məqsədilə dəfələrlə Gürcüstanla qonşu ərazilərə də qəsd edib.
İran Rusiyanın Zaqafqazya və Yaxın Şərqdə təsirinin geişlənməsinə maneə törədirdi. İki rus-fars müharibəsi (1803-1815 və 1826-1828-ci illər) Rusiyanın qələbəsi və keçmiş fars torpaqlarının – Qarabağ, Gəncə, Bakı, İrəvan, Naxçıvan və digər xanlıqların İmperiyaya birləşdirilməsi ilə başa çatıb.
9 tarixi xülasənin daxil olduğu məcmuədə hərbi hadisələrin geniş mənzərəsi və Azərbaycanın və Qafqaz, Zaqafqazya və Yaxın Şərqin digər xalqlarının taleyi işıqlandırılır. Zəngin sənəd bazasına əsaslanaraq Gəncənin faciəsi və Qafqazdakı qoşunların baş komandan Tsitsianovun ölümü ilə nəticələnən Bakıya uğursuz hücum təsvir edilib. Erməni baş yepiskopu Nersesin çirkin hərəkətləri və günaha batması barədə sübutlar; ermənilərin İrandan Rusiyaya məskun edilmiş müsəlman torpaqlarına köçürülməsinin acınacaqlı nəticələri dərc edilib.
Kitabda Fars şahlarının həyatı, ətrafdakılar, fars adətləri rəsmlərlə verilib. Fars hərəmləri, hərəmağaları və onların İranın dövlət idarəçiliyində mühüm rolu barədə danışılır. Rusiyanın İranda fövqəladə və səlahiyyətli səfiri Aleksandr Qriboyedovun fəaliyyəti, onun ölümünə yeni baxış və Rusiyanın bu dəhşətli cinayətə görə İrandan peşmanlıq hissi keçirdiyinə dair məlumatlar təsvir edilir.
Kitab üzərində iş zamanı Rusiya Federasiyasının Rusiya Arxivinin, Rusiya Dövlət Qədim Aktlar Arxivinin, Rusiya Dövlət Hərbi-Tarix Arxivinin, Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin fondlarındakı materiallardan, o cümlədən nadir kitablar və inqilab öncəsi dövrün mətbuatından istifadə edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət