Azərbaycanda qeyri-qanuni yolla qrant alan partiyalar, dini qurum və ictimai təşkilatların böyük miqdarda cərimələnməsi təklif olunur.
“İnterfaks –Azərbaycan” agentliyinin parlament müxbirinin bildirdiyi kimi, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin çərşənbə axşamı keçirilən iclasında müzakirə olunub.İclasın gündəliyinə “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlara və eyni zamanda İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi məsələləri daxil edilib.
Milli Məclisin deputatı Çingiz Qənizadənin sözlərinə görə, "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişikliklər çirkli pulların yuyulmasının qarşısını almağa, xarici missioner təşkilatların çirkin niyyətlərini qarşısının alınmasına xidmət edir:Eyni zamanda o, 200 manatadək verilən ianənin rəsmiləşdirilməsinə ehtiyac olmadığını bildirib .
"Bu gün dini qurumlara, icmalara istər xarici ölkələrdə, istər daxili qüvvələr tərəfindən yardımlar edilir ki, bunun da heç bir hesabatı aparılmır və nəzarətdən kənarda qalır. Bir çox hallarda isə bu vəsaitlər həmin qüvvələrin çirkin məqsədləri üçün istifadə olunur. Bu dəyişikliklər məhz bu boşluqların aradan qaldırılması və rəsmiləşdirilməsinə xidmət edir"- deyə Ç.Qənizadə bildirib.
O deyib ki, bu gün QHT-lərin fəaliyyətinin şəffaflığının təmin edilməsində də müəyyən boşluqlar var.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə görə, qrant alan şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər üçün isə 5 min manatdan 7 min manata qədər miqdarda cərimə olunacaqlar. Məcəlləyə əlavələrdə həmçinin qeyd olunur ki, qrant müqaviləsi olmadan fəaliyyət göstərən dini qurumlar, QHT-lər, o cümlədən xarici dövlətlərin QHT-lərinin nümayəndəlikləri tərəfindən yardımın qəbul edilməsinə görə, vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər 2500 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər 8000 manatdan 15 min manatadək miqdarda cərimə edilir.
QHT və siyasi partiyalar tərəfindən maliyyə hesabatına ianələr haqqında məlumat daxil edilməməsinə görə vəzifəli şəxslər 1,5 min manatdan 3 min manata qədər, hüquqi şəxslər 5 min manatdan 8 min manatadək cərimə olunacaqlar.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət