Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Maldiv Respublikasının prezidenti Məhəmməd Həsən ilə iqtisadiyyat və turizm sahələrində əməkdaşlıq imkanlarını, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə edib. Bu barədə XİN mətbuat xidmətindən məlumat verilib.
XİN başçısı ilə Maldiv prezidentinin görüşü İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qahirədə keçirilən 12-ci Zirvə Toplantısının kuluarlarında baş tutub.
Görüş zamanı M.Həsən ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
E.Məmmədyarov öz növbəsində Azərbaycanın Maldivlə əməkdaşlığa hazır olduğunu qeyd edib.
Həmin gün XİN başçısı Əlcəzair nümayəndə heyətinin başçısı Bilkasem Sahli ilə görüşüb.
Görüşdə müxtəlif sahələrdə, o cümlədən enerji, turizm və iqtisadiyyat sahələrində əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi və ikitərəfli münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin və işgüzar dairələrin təmaslarının əhəmiyyətini vurğulayıblar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət