Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Avropa Birliyinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Patrisia Flor Bakı və Brüssel arasında əməkdaşlığı müzakirə ediblər. Bu barədə cümə günü XİN-in mətbuat xidmətindən məlumat verilib.
Görüşdə enerji və nəqliyyat layihələri, Xəzər regionu ilə əlaqədar məsələlər, Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
P.Flor AB və Azərbaycan arasında əlaqələrin mövcud vəziyyətindən məmnun olduğunu bildirib. AB-nin Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu qeyd edən P.Flor AB-nin Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı baxımından Azərbaycanın mühüm rolunu diqqətə çatdırıb. O, Avropanın enerji təchizatında ölkənin vacib rol oynadığını və AB ilə Azərbaycan arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
X.Xələfov Azərbaycanın AB-nin uzunmüddətli və etibarlı tərəfdaşı olduğu enerji və nəqliyyat sahəsində dialoqun genişləndirilməsinin vacibliyini vurğulayıb. O əmin olduğunu bildirib ki, TANAP, Cənub enerji dəhlizi və Transxəzər qaz kəməri layihələrinin həyata keçirilməsi ilə Avropanın enerji sistemində respublikanın rolu istehsalçı və tranzit ölkə kimi artacaq. Diplomatın sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsində və Əfqanıstanda sülh və sabitliyin təmin olunmasında maraqlıdır.
X.Xələfov Ermənistan rəhbərliyi tərəfindən Xocalı hava limanına uçuşların həyata keçiriləcəyi ilə bağlı təxribat xarakterli bəyanatları və Suriyadan gələn ermənilərin Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırması kimi addımların münaqişənin sülh yolu ilə həllinə ziyan vurduğunu bildirib. Bundan başqa, Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan ərazilərində narkotik maddələrin dövriyyəsi və terrorizm kimi qlobal sabitliyə təhdid təşkil edən fəaliyyətlərin həyata keçirilməsinə diqqəti cəlb edən diplomat AB-ni Ermənistana təzyiqləri artırmağa çağırıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət