Azərbaycanda banklar 2012-ci ildə Bakıda müştərilərin kreditləşmə portfelini 28,7% - 11 mlrd. 174 mln. 403,3 min manata qədər artırıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin məlumatına əsasən, 2013-cü il yanvarın 1-nə Bakıda borcalanlara verilən kreditlərin həcmi respublika üzrə kredit qoyuluşlarının 87,8%-ni təşkil edir.
Cari ilin əvvəlinə Bakıda borcalanların vaxtı ötmüş kreditlərinin həcmi 647 mln. 581,1 min manat və ya paytaxtda verilən bütün kreditlərin 5,8%-i təşkil edir.
Ümumilikdə, Bakıda banklar tərəfindən kreditlər orta illik 14,7% dərəcəsi ilə, respublika üzrə kreditlər orta illik 15,4% dərəcəsi ilə verilir.
2013-cü il yanvarın 1-nə Bakı üzrə milli valyutada verilən kreditlərin həcmi 7 mlrd. 378 mln. 335,2 min manat, xarici valyuta ilə verilən kreditlərin həcmi 3 mlrd. 796 mln. 68,1 min manat təşkil edib. Bununla yanaşı, milli valyuta üzrə orta illik kredit dərəcəsi 14,6%, xarici valyuta üzrə 15,1% təşkil edib.
2013-cü ilin əvvəlinə Bakıda borcalanlara ümumi məbləği 3 mlrd. 404 mln. 430,9 min manata bərabər olan qısa müddətli (2012-ci il ərzində artım 31,1% -İF-Az), 7 mlrd. 769 mln. 972,4 min manat uzunmüddətli kredit verib (artım 27,7%). Eyni zamanda, milli valyutada uzunmüddətli kreditlər orta illik 13,6%, xarici valyutada 13.7% dərəcəsi ilə verilir.
Regionlarda kommersiya bankları tərəfindən Abşeron iqtisadi rayonunda hüquqi və fiziki şəxslərə 366 mln. 293,5 min manat (orta illik 17,8% dərəcə), Aran iqtisadi rayonunda 339 mln. 513 min manat (22,1%), Gəncə-Qazax iqtisadi rayonunda 334 mln.129,6 min manat (20,4%), Lənkəran iqtisadi rayonunda 136 mln. 222,4 min manta (24,5%) kredit verilib.
Kreditləşmənin qalan həcmi respublikanın digər iqtisadi rayonlarının payına düşür.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət