Azərbaycanda “İctimai iştirakçılıq haqqında” qanun layihəsinin qəbul edilməsi geniş ictimaiyyətin ictimai- siyasi proseslərdə geniş iştirakının aktuallığını əks etdirir.Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyət Aslanova çərşənbə günü komitənin iclasında belə söyləyib.
“İnterfraks-Azərbaycan” agentliyinin parlament müxbirinin bildirdiyi kimi, iclasda “İctimai iştiralçıəlıq haqqında” qanun layihəsinin qəbulu və “Dini etiqad azadlığı haqqında” qanuna düzəlişlər edilməsinə dair müzakirələrdə R.Aslanova qedy edib ki, bu məsələlərin həlli həm vətəndaş cəmiyyətinin ölkənin aktual problemlərinin həllində və ictimai siyasi proseslərdə aktiv iştirakını təmin edəcək, həm də bu və ya digər məsələ üzrə dövlət strukturları, mərkəzi və yerli icra hakimiyyətləri tərəfindən qərarların daha tez verilməsinə yardım edəcək.
“Geniş ictimaiyyətin biu və ya digər proseslərdə iştirakı çox aktual məsələdir.Cəmiyyətdə əsas məsələlərdən biri də iradənin azad ifadə edilməsidir, buna görə də bu qanunun qəbulu bu istiqamətdə atılmılş çox vacib adddım ola bilər”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, bu gün Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur və ictimaiyyətin siyasi, iqtisadi və sosial həyatda aktiv iştirakı müxtəlif proseslərdə şəffaflıq və açıqlığın təmininə gətirib çıxara bilər.
“Qanun ilk növbədə cəmiyyətdə olan məlum stereotipi aradan qaldırır. Yəni vətəndaş artıq icra strukturları ilə münasibətdə hiss edəcək ki, onun fikrinin nə dərəcədə böyük əhəmiyyəti var. Bu Azərbaycanda yeni bir tərəfdaşlıq münasibəti ortaya çıxarır. İcra strukturları ilə münasibətdə vətəndaşlar yeni ideyalarla çıxış edə bilirlər,dövlət qurumlarının fəaliyyətinə nəzarət edə bilirlər ki bu da çox vacibdir”,- deyə R.Aslanova qedy edib.
Komitə sədri söyləyib ki, bu qanun dünya praktikasında çoxdan fəal şəkildə istifadə edilir.
“Azərbaycanda bu qanunun qəbul edilməsi yeni informasiya məkanının formalaşmasına səbəb olacaq, geniş ictimaiyyıət müxtəlif problemlərin müzakirəsi, öz fikir və ideyalarının səsləndirilməsi üçün geniş imkanlar əldə edərkən,həm də mənfi faktların aradan qaldırılmasına kömək edər.Bütün bunlar ona gətirib çıxarar ki, insanlar daha məsuliyyətli olacaq və müxtəlif proseslərdə daha aktiv iştirak edəcək.Bundan əlavə, bu qanunvericilik aktı daha bir vacib funksiya daşıyır, qanun müvafiq qurumlar tərəfindən qərarların qəbul edilməsi prosesini sürətləndirəcək.Bunu həmçinin, icra hakimiyyətlərinin fəaliyyətinə nəzarətin həyata keşirilməsi məqsədi ilə təzyiq aləti olaraq da istifadə etmək olar”,- deyə R.Aslanova qedy edib.
Onun sözlərinə görə, ölkə vətəndaşları bu addımların həyata keçirilməsi üçün fəal dəstək göstərməlidirlər.
Bu qanunverici aktın təşəbbüskarı, Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, “İctimai iştirakçılıq haqqında” qanun layihəsi vətəndaşların dövlət idarəçiliyində iştirak hüququnun reallaşdırılmasına yönəldilib. “Bu qanun vətəndaş və vətəndaş cəmiyyəti institutlarının(QHT, ictimai birliklər və fondlar. KİV və dini qurumlar) dövlət və ictimai həyatın müxtəlif sahələrində dövlət siyasətinin formalaşdırılması və reallaşdırılmasında iştirakının təmini, eləcə də yerli və ümumdövlət səviyyəsində qəbul edilmiş qərarlara, həmçinin icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi prosesləri üzrə konkret mexanizmlərin yaradılması məqsədi daşıyır “,- deyə o qedy edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət