Maliyyə Nazirliyi “Alfa Sığorta” şirkətinin fəaliyyətinə verilmiş lisenziyanın etibarsız olduğunu elan edib. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında yerləşdirilmiş məlumatda deyilir.
““Alfa Sığorta” ASC sığorta fəaliyyətinə əvvəllər verilmiş lisenziyasının qüvvəsinin başa çatması ilə əlaqədar müddətsiz lisenziyanın verilməsi barədə müraciətini qanunvericiliklə müəyyən olunmuş müddətdə təqdim etmədiyindən, şirkətin lisenziyası 2013-cü il 8 fevral tarixindən etibarsız sayılır", - deyə məlumatda qeyd edilir.
Maliyyə Nazirliyi “Alfa Sığorta” şirkətinə sığorta qanunvericiliyinin sığorta və təkrarsığorta əməliyyatlarının dayandırılması ilə bağlı tələblərinə əməl etməsi barədə rəsmi göstəriş verib.
"Hazırda Maliyyə Nazirliyi “Alfa Sığorta”nın fəaliyyətinə müddətsiz lisenziyanın verilməsi barədə müraciətinə qanunvericiliklə müəyyən olunmuş qaydada baxır", - deyə məlumatda vurğulanır.
“Alfa Sığorta” 1997-ci ildə fəaliyyət üçün lisenziya alıb. 2005-ci ilin yanvar ayına qədər şirkət “Murad” sığorta şirkəti kimi fəaliyyət göstərib. 2005-ci ildə şirkət yeni təsisçi tərəfindən alınıb və adı “Alfa Sığorta” ilə əvəz edilib. “Bank Technique” ASC “Alfa Sığorta”nın yeganə səhmdarıdır.
DSNX-nin məlumatına görə, 2012-ci ildə şirkətin sığorta haqları yığımı 5 mln. 343,134 min manat, ödənişləri 1 mln. 135,353 min manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət