“Alfa Sıgorta” şirkəti İcbari Sığorta Bürosunun(İSB) üzvlüyündən çıxarılıb.Bu barədə büronun məlumatında bildirilir.
“ Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətindən daxil olmuş məktub əsasında 2013-cü il fevralın 13-dən etibarən “Alfa Sıgorta”şirkəti İSB üzvləri sırasından çıxarılıb”,- deyə məlumatda bildirilir.
Beləliklə Azərbaycanda İSB-yə üzv olan şirkətlərin sayı 11-ə enib.
“Alfa Sığorta” şirkəti 2012-ci il yanvarın 23-dən İSB-ə üzv olub vəiki icbari sığorta növü üzrə (daşınmaz əmlakın sığortası və daşınmaz əmlak sahiblərinin məsuliyyətinin sığortası) xidmət göstərmək üçün lisenziyaya malik idi.
Xəbər verildiyi kimi, Maliyyə Nazirliyi 2013-cü il fevralın 8-də“Alfa Sığorta” ASC –nin fəaliyyət lisenziyasının etibarsız olduğunu élan edib.““Alfa Sığorta” ASC sığorta fəaliyyətinə əvvəllər verilmiş lisenziyasının qüvvəsinin başa çatması ilə əlaqədar müddətsiz lisenziyanın verilməsi barədə müraciətini qanunvericiliklə müəyyən olunmuş müddətdə təqdim etmədiyindən, şirkətin lisenziyası 2013-cü il 8 fevral tarixindən etibarsız sayılır", - deyə məlumatda qeyd edilir.
Maliyyə Nazirliyi “Alfa Sığorta” şirkətinə sığorta qanunvericiliyinin sığorta və təkrarsığorta əməliyyatlarının dayandırılması ilə bağlı tələblərinə əməl etməsi barədə rəsmi göstəriş verib.
"Hazırda Maliyyə Nazirliyi “Alfa Sığorta”nın fəaliyyətinə müddətsiz lisenziyanın verilməsi barədə müraciətinə qanunvericiliklə müəyyən olunmuş qaydada baxır", - deyə məlumatda vurğulanır.
“Alfa Sığorta” 1997-ci ildə fəaliyyət üçün lisenziya alıb. 2005-ci ilin yanvar ayına qədər şirkət “Murad” sığorta şirkəti kimi fəaliyyət göstərib. 2005-ci ildə şirkət yeni təsisçi tərəfindən alınıb və adı “Alfa Sığorta” ilə əvəz edilib. “Bank Technique” ASC “Alfa Sığorta”nın yeganə səhmdarıdır.
DSNX-nin məlumatına görə, 2012-ci ildə şirkətin sığorta haqları yığımı 5 mln. 343,134 min manat, ödənişləri 1 mln. 135,353 min manat təşkil edib.
İcbari Sığorta Bürosu “İcbari sığorta növləri haqqında” qanun çərçivəsində yaradılıb. Hazırda 12 sığorta şirkəti Büronun üzvləridir
Büronun əsas məqsədi kompensasiya ödənişlərinin həyata keçirilməsi, bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. Kompensasiya ödənişləri icbari sığorta növləri üzrə xidmət göstərən sığorta şirkətləri iflasa uğradıqda həyata keçiriləcək.
Büronun maliyyə resursları bir neçə mənbədən formalaşır. Birincisi, bu büronun işə başlaması üçün sığortaçıların ödəyəcəkləri daxil olma haqqıdır. İkincisi, sığortaçılar sığorta şirkətinin məşğul olmaq istədiyi icbari sığortanın hər bir növü üzrə təminat depoziti hazırlayırlar. Üçüncüsü, sığorta şirkətləri hər ay icbari növlər üzrə ümumi tədiyə məbləğinin 5%-ni büronun hesabına köçürürlər.
Büronun təsisçisi və ya üzv olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, hər növ üzrə ayrıca depozit ödəməlidir
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 200 min manat; sərnişinlərin icbari sığortası üzrə - 200 min manat təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət