Milli Məclisin plenar iclasında parlamentarilər bələdiyyərlərin fəaliyyətinin təkmilləşdirilməsi təklifləri ilə çıxış ediblər.
“İnterfask –Azərbaycan” agentliyinin parlament müxbiriniun xəbər verdiyi kimi, deputat Qüdrət Həsənquliyev bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə dair illik hesabatın müzakirəsi zamanı bələdiyyələrin inkişakının təmin edilməsi məqsədi ilə icra hakimiyyəti orqanlarının səalhiyyətlərinin məhdudlaşdırılması təklifi ilə çıxış edib.
“Hazıırda demək olar ki, bütün sahələr polisin fəaliyyəti də daxil olmaqla icra hakimiyyəti orqanlarına tabedir. Mən çıxışımı hər hansı icra başçısının ünvanına yönəltmək istəmirəm, lakin icra hakimiyyətlərinin bəzi səalhiyyətlərinin bələdiyyələrə verilməsini təklif edirəm”,- deyə Q.Həsənquliyev bildirib.
Hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsi, deputat Siyavuş Novruzov söyləyib ki, mövcud problemlər idarəetmə mexanizmi ilə əlaqədardır, bələdiyyələrin kifayət qədər səlahiyyətləri var. “Gələn il Azərbaycanda bələdiyyə orqanları yaradılacaq, bununla əlaqədar bu sahədə islahatlar aparmaq lazımdır.Məsələn, bir sıra kiçik kəndlərdə bələdiyyələrdə 7-8 bələdiyyə üzvü işləyir. Onların hər biri öz fikrini bildirir, üstəlik əmək haqqının yüksəldilməsini tələb edirlər.Beləliklə, ayrılan dövlət dotasiyaları əmək haqqının ödənməsinə deyil, ərazinin abadlaşdırılmasına sərf edilir”,- deyə o qedy edib.
S.Novruzov bununla bağlı limit qoymağı təklif edib:”Böyük şəhər və qəsəbələrdə ən çoxu üç, kiçik kəndlərdə isə bir bələdiyyə işçisinin işə götürülməsini təklif edib. “Həmçinin, bələdiyyə başçılarının seçkisi məsələsinə toxunmaq da vacibdir.Mən bələdiyyə başçılarının yeni təyin edilmiş icra başçılarının rəyi ilə dəyişdirilməsini düzgün hesab etmirəm.Bələdiyyə başçıları 5 il müddətinə seçilməli və icra başçılarının arzusu ilə dəyişdirilməməlidirlər”
Deputat Zahid Oruc ümumi bələdiyyə seçkilərinin keçirilməsuini təklif edib.
Deputat Əlı Məsimlinin fikrincə, ölkədə bələdiyyələrin fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. “Bununla əlaqədar Mən Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi üzrə təkliflər planı işləyib hazırlamağı və onu Azərbaycanın 2020-ci ilə qədər inkişaf konsepsiyasına daxil etməyi təklif edirəm”,- deyə o söyləyib.
Parlamentarinin sözlərinə görə, Ədliyyə Nazirliyinə həmçinin bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması üçün xüsusi mexanizmin işlənib hazırlanması da təklif edilir. “Böyük şəhər bələdiyyələrinin yaradılmasını zəruri hesab edirəm,bu yerli idarəetmədə köklü islahalara və yerlərdə demokratiyanın inkişafına gətirib çıxaracaq”,- deyə Ə.Məsimli qedy edib.
O həmçinin, bələdiyyələrin maliyyələşdirilməsinə ayrılan dotasiyaların artırılmasını təklif edib. Bu dotasiyalar 2013-cü ildə 5 mln. manat təşkil edib. “Əgər bu 5 milyonu əhalinin sayına bölsək, onda geriyə anacaq qəpik-quruş qalır”,- deyə deputat bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət