Azərbaycanın İsmayıllı rayonunda baş verən kütləvi iğtişaşlar faktı üzrə istintaq çərçivəsində bir neçə şəxsin saxlanılmasının bu yaxınlarda Aİ tərəfindən tənqid edilməsi istintaq prosesinə təzyiq göstərmək cəhdidir. Bu barədə XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bəyan edib.
“Bu cür bəyanatlar təəccüb doğurur. Biz bunu istintaq prosesinə müdaxilə və təzyiq kimi qiymətləndiririk”, - deyə E.Abdullayev cümə günü brifinqdə bildirib.
“Azərbaycanda istintaq orqanları, bütün dünyada olduğu kimi, müstəqildir və konkret şəxslər barəsində hansı ittihamların irəli sürüləcəyini özləri müəyyən edir”, - deyə o əlavə edib.
E.Abdullayevin sözlərinə görə, “daima müstəqil məhkəmə proseslərinin keçirilməsinə tərəfdar olan rəsmi şəxslər bu gün Azərbaycanda istintaq prosesinə təzyiq göstərməyə cəhd etmələri təəccüb doğurur”. “Bu cür bəyanatlar Aİ-nin obyektiv mövqeyinə kölgə salır”, - deyə XİN nümayəndəsi vurğulayıb.
Xəbər verildiyi kimi, İsmayıllı şəhərində fəaliyyət göstərən “Çıraq” otelinin müdiri, Bakı şəhər sakini Şəmsəddinov Emil Məhərrəm oğlu sərxoş vəziyyətdə idarə etdiyi minik maşını ilə yanvarın 23-də axşam saat 21:30 radələrində İsmayıllı şəhərinin Nizami küçəsi ilə hərəkətdə olarkən qəza törədib. Emil Şəmsəddinov avtomobilini əvvəlcə yolun kənarındakı səkiyə, sonra isə işıq dirəyinə çırpıb. Baş verən hadisə zamanı xəsarət alan olmasa da sürücü Emil Şəmsəddinov və onun avtomobilindəki dostu, Bakı şəhər sakini Elməddin Məmmədovla ilə birgə maşından düşərək yolun kənarında dayanmış “VAZ 21074” markalı minik avtomobilinin sürücüsü Ramil Bəkirovu döyüblər.Əraziyə xeyli sayda adam toplaşıb və etirazlarını bildiriblər. Emil Şəmsəddinov orada toplaşan 200-ə yaxın İsmayıllı sakinini nalayiq söyüşlərlə təhqir edib və bu insidentin böyüməsinə səbəb olub. Qısa vaxt ərzində xeyli sayda rayon sakini əraziyə toplaşaraq sahibkar Emil Şəmsəddinovun müdir işlədiyi “Çıraq” otelinə tərəf hərəkət edərək obyekti və onun həyətindəki üç avtomobili yandırıblar.
“Sonra destruktiv qüvvələrin təhriki ilə iğtişaş iştirakçıları İsmayıllı rayon İcra Hakimiyyəti başçısının oğlunun evinə basqın edib, evi yandırmağa cəhd göstəriblər. Rayon Polis bölməsinin əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində münaqişəni yatırtmaq mümkün olub.İcra hakimiyyəti başçısının oğlunun evinin həyətində duran bir avtomobil yandırılıb. İnsident nəticəsində dörd nəfər, o cümlədən 3 polis əməkdaşı yaralanıb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi yanvarın 23-dən 24-nə keçən gecə İsmayıllı şəhərində kütləvi iğtişaşla nəticələnmiş insident faktı üzrə cinayət işi qaldırıb İnsidentin səbəbkarları E.Şəmsəddinov və E.Məmmədov, eləcə də iğtişaşlarda fəal iştirak etmiş bir neçə nəfər saxlanılıb.
Bir gün öncə Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayon İcra Hakimiyyətinin başçısını dəyişdirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət