Bakıda “Azərbaycan Respublikasında məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.
“Nə qədər çox çalışsaq da, cəmiyyətin yardıma ehtiyac duyduğunu görürük. Məişət zorakılığına qarşı mübarizə sahəsində profilaktik tədbirlərə və ictimaiyyətin maarifləndirilməsi məsələlərinə daha böyük diqqət ayırmaq lazımdır”, - deyə Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bazar ertəsi təqdimatda bildirib.
Onun sözlərinə görə, ilkin nigah kimi təzahürlər məişət zorakılığının ifadələrindn biridir. H.Hüseynova dövlət strukturları, QHT-ləri və bütün ölkə ictimaiyyətini bununla mübarizə aparmağa çağırıb.
“Əgər qadın problemləri ilə tənha yaşayırsa, bu istənilən cəmiyyətin inkişafını ləngidəcək”, - deyə o xatırladıb ki, Azərbaycan Prezidenti son çıxışında ölkə vətəndaşlarının hüquqlarının qorunması və qanunların əməl olunmasının zəruriliyini qeyd edib.
“Əsas məqsəd – qanunun qəbul edilmısi deyil. Onun icra ediməsi, cəmiyyət tərəfindən anlaşılması daha vacibdir”, - deyə Milli Məclisin deputatı Rəbiyət Aslanova bəyan edib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin tədbirdən verdiyi mlumata əsasən, AB-nin Azərbaycandakı nümayəndə heyətinin sədri, səfir Roland Kobia vurğulayıb ki, dünyada on qadından yeddisi məişət zorakılığına məruz qalır və bunların əsas günahkarı kişilərdir. Hətta əksər hallarda bu yaxın və doğöma insanların ünvanına baş verir.
“Bu dəhşətli rəqəmlərdir. Bu probemin sərhədi yoxdur”, - deyə R.Kobia bildirib.
O, həmçinin qeyd edib ki, bu mənfi təzahür ilə mübarizədə profilaktika mühüm yer tutur.
İki ilə nəzərdə tutulan layihə Azərbaycanın Xaçmaz rayonunu əhatə edir. Burada məişət zorakılığa məruz qalmış 30 qadın seçiləcək. Onlar üçün treninqlər və digər maarifləndirmə işi təşkil olunacaq. Layihə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Hüquqşünaslar Konfederasiyası, BMT-nin Əhali Fondu, Beynəlxalq Miqrasiya Təşkilatının iştirakı və Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar»ın əsas tərəfdaşlığı ilə «Balloon Festival» keçirildi
Bakcell-in dəstəyi ilə «Google AI Hackathon» baş tutub
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət