“Azərkosmos” ASC ilk “Azerspace-1” telekommunikasiya peykinin istismara verilməsindən $500-600 mln. məbləğində gəlir əldə etməyi ümid edir. Bu barədə “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Rəşad Nəbiyev
“İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bəyan edib.
“Azərspace-1” peykinin15 illik istismar müddəti ərzində gəlirlər $500-600 mln. təşkil edəcək”, - deyə R.Nəbiyev bildirib.
“Azerspace-1” peyki layihəsinin ümumi dəyəri $233 mln. təşkil edir. Bu məbləğin $121,7 mln. peykin hazırlanmasına, $93,8 mln. peykin orbitə çıxarılmasına, $17,5 mln. isə Peykin orbitə buraxılması və orbitdə birillik istismarının sığortası və sığorta haqqının sığortasına sərf olunub. Peykin hazırlanmasına sərf olunan $121,7 mln. məbləğə təkcə peykin istehsalı deyil, əlaqədar yerüstü avadanlığın quraşdırılması və həmçinin kadrların hazırlanması kimi layihə ilə əlaqədar digər xərclər də daxildir”, - deyə R.Nəbiyev qeyd edib.
O həmçinin əlavə edib ki, “Azerspace-1” peykinin orbitə buraxılmasının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası büdcəsindən yalnız 15% vəsait ayrılıb, qalan məbləğ isə mötəbər maliyyə qurumlarla əməkdaşlıq əsasında əldə olunan xarici kreditlər hesabına təmin edilib. “Təsadüfi deyil ki, peykin orbitə buraxılmasının maliyyələşdirilməsi ilə əlaqədar əldə olunan kreditə dair saziş “GTR: Ticarət və Maliyyə Xəbərləri” jurnalı tərəfindən “2011-ci il üzrə ən yaxşı maliyyə sazişləri” sırasına daxil edilib. Əlamətdar haldır ki, “Azerspace-1” peykinin sığortalanması üzrə 1999-cu ildən bu günədək kosmik sığorta bazarında qeydə alınan ən aşağı və əlverişli sığorta tarifinin əldə edilməsinə nail olunub”, - deyə o vurğulayıb.
“Bu gün Azərbaycan televiziya kanallarının xarici ölkələrə məxsus peyklərdən yayımının təşkil edilməsi üçün ildə təxminən $5 mln.-dan çox xərc çəkilir. Yaxın gələcəkdə bu xərcin azı 2 dəfə artması gözlənilir”, - deyə o qeyd edib.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodromundan orbitə çıxarılıb.
RİTN 2010-cu ilin may ayında Amerikanın “Orbital Sciences Corporation” şirkəti ilə peyk istehsalı haqqında müqavilə bağlayıb. Bundan başqa, Azərbaycan Malayziyanın “MEASAT” şirkəti ilə orbital mövqenin “Azerspace-1” peyki üçün istifadəsini nəzərdə tutan uzunmüddətli icarə müqaviləsi imzalayıb.
Nazirliyin mütəxəssislərinin fikrincə, milli peyk keyfiyyətli və etibarlı rabitə, teleyayım təşkil etmək, kanalların sayını artırmaq imkanı verəcək.
“Azərkosmos” 2010-cu ildə orbitə telekommunikasiya peykinin çıxarılması üçün yaradılıb. "Azərkosmos" ASC-nin nizamnamə kapitalı 40 milyon manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. ASC-nin funksiyasına Azərbaycan peykinin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi,xidmətlər almaq üçün sığorta şirkətlərinin seçimini aparmaq,kosmik operatorlarla əlaqələr yaratmaq,bu istiqamətdə müxtəlif tədqiqatlar aparmaq daxildir.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/566548 saytında tanış olmaq mümkündür.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət