Moskvanın keçmiş SSRİ respublikalarında milli azlıqların separatizminin təşviqi hesabına milli azadlıq hərəkatlarının qarşısını almaq istiqamətində yürütdüyü siyasət Xocalıda baş verən faciə daxil olmaqla, Azərbaycan üçün böyük fəlakətlərə səbəb oldu. Respublikanın eks-prezidenti Ayaz Mütəllibov belə hesab edir.
“Elə isə bəs Azərbaycanda, eləcədə digər ölkələrdə baş verən bütün bu hadisələr hansı siyasi mahiyyət daşıyır. Azərbaycanda bunun mahiyyəti onun əlverişli coğrafi mövqeyə və böyük yataqlarının mövcudluğu baxımından karbohidrogen xammalına malik olmasındadır. Ona görə də bütün baş verənləri geosiyasi məqsədlərinə çatmaq üçün Dağlıq Qarabağla manipulyasiya etməklə əlaqələndirmək lazımdır”, - deyə eks-prezident “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İttifaq mərkəzinin mühüm məqsədlərindən biri “Azərbaycanda baş qaldıran separatçılığın qarşılığında yerli erməni separatçılarına” dəstək vermək olub. “Ona görə də torpaqların toplanması üçün lazımi tədbir kimi keçmiş müttəfiq respublikalarda separatizmə qarşı profilaktika sovet Moskvasından postsovet Moskvaya rəvan qaydada keçdi. Bu, 90-ci illərin əvvəllərində Azərbaycana çox bəlalar gətirdi. Başlanğıc Xocalı faciəsi, sonu isə respublikanın yeddi rayonunun itirilməsi oldu”, - deyə o qeyd edib.
Fevralın 26-da qeyd olunacaq Xocalı faciəsinin 21-ci ildönümü barədə danışaraq A.Mütəllibov qeyd edib: “Vaxt qəddarlığına görə heç bir çərçivəyə sığmayan şahidi olduğumuz həmin o dəhşətli günləri heç vaxt yaddaşlardan silmir”.
“Ruhum bu gün də əziyyət çəkir ki, qara əməllər törədən, lakin cəzasız qalan yaramazlar haradasa gəzişirlər və qəlbimizi rahat edəcək cəza onları, həmçinin zabit şərəfini adlayıb keçərək müdafiəsiz insanlara atəş açan keçmiş 366-cı motoatıcı alayın poqonlularını hələ də yaxalamayıb”, - deyə o vurğulayıb.
Müsahibənin tam mətni ilə agentliyin www.interfax.az saytında tanış olmaq mümkündür.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət