SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çərşənbə günü Azərbaycanın 6 rayonunda qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar olaraq saat 08:00-dan “Ucar”, “Lək”, “Zərdab” və “Göyçay-2” qazpaylayıcı stansiyalarından, saat 10:00-dan 18:00-dək isə “Qəbələ”, “Köçəsgər”, “Xudat” və “Yalama” qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Ucar, Zərdab, Göyçay, Qəbələ rayonlarına, Ağstafa rayonunun Köçəsgər, Köhnəqışlaq və Eynallı kəndlərinə, Xaçmaz rayonunun Xudat şəhəri istiqamətində yerləşən bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bundan başqa, təmir işləri ilə əlaqədar olaraq çərşənbə günü saat 10:00-dan “Mərdəkan bağları”, “Türkan-1” və “Türkan-2” qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.
Bununla əlaqədar Xəzər rayonunun Mərdəkan bağları adlanan yaşayış massivinə və Türkan kəndinə təbii qazın verilişində fasilələr yaranacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət