Sənaye və Energetika Nazirliyi energetika və qaz təchizatı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün bir sıra sənəd layihələri hazırlayıb. Bu barədə nazirliyinin hüquq departamentinin rəhbəri İbrahim Ağayev çərşənbə günü jurnalistlərə məlumat verib.
“AB-nin üçüncü enerji paketinin tələblərinə əsasən, biz “Elektrik enerjisi haqqında”, “Qaz təchizatı haqqında” qanun layihələrini yeni redaksiyada, Şəbəkə və Qaz Məcəllələrini hazırlamışıq. Bu sənədlər Avropa qanunvericiliyi ilə unifikasiya edilib,lakin bu sənədlərlə nəzərdə tutulan normaların tətbiqi keçid dövrü üçün proqramın hazırlanmasını tələb edir”, - deyə İ.Ağayev qeyd edib.
Onun sözlərinə görə, bu sənədlərin qəbulu enerji resurslarının istehsalı, paylanması və satışı ilə məşğul olan Azərbaycanın dövlət şirkətlərində struktur dəyişikliklərə gətirəcək.
“Bu sənədlərin qəbulunda əsas məqsəd – inhisarçılığın ləğv edilməsidir. Məsələn, hazırda elektrik enerjisinin istehsalı, paylanması və topdan satışı üzrə bütün funksiyalar bir şirkətin əlindədir. Yeni qanun bu funksiyaları biri-birindən ayrılmasını tələb edir. Lakin, indi “Azərenerji” SC bir sistemdən digərinə bu cür kəskin keçidə hazır deyil. Bu səbəbdən mərhələli şəkildə keçid tələb olunur”, - deyə İ.Ağayev qeyd edib.
Onun sözlərinə görə, sənədlərin qəbulu şəffaflığın artmasına və enerji bazarında yeni şirkətlərin yaradılmasına gətirəcək. Bu isə öz növbəsində rəqabətin yaranmasına və qiymətlərin azalmasına səbəb olacaq.
İ.Ağayev əlavə edib ki, Azərbaycanın qaz sahəsində də analoji vəziyyət yaranıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət