(Gürcüstanın ictimai təşkilatlarının reaksiyası haqqında məlumat əlavə edilib)
Rusiya Azərbaycanlıları İttifaqının keçmiş rəhbəri Söyün Sadıqovun tapşırığı ilə“Müstəqil Borçalı”nın xəritəsi, himni və gerbini hazırlanıb. Bu barədə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev məlumat verib.
“Son zamanlar bəzi güvvələr Gürcüstanın azərbaycanlı əhalisi arasında separatçı əhval-ruhiyyənin mövcudluğu barədə rəy formalaşdırmağa çalışırlar. Gürcüstan azərbaycanlıları hər zaman bundan uzaq olublar, lakin bu gün azərbaycanlıları bu cür oyunlara cəlb etmək cəhdləri mövcuddur”, - deyə Ə.Babayev Gürcüstanın “Obyektiv” telekanalının efirində bəyan edib.
O həmçinin vurğulayıb ki, buna heç vaxt imkan verilməyəcək. Bununla yanaşı Ə.Babayev hesab edir ki, bunların arxasında Gürcüstanda doğulmuş Rusiyada yaşayan güvvələr durur.
“Həmin şəxslərdən biri Söyün Sadıqovdur. O Gürcüstanda Kvemo-Kartlidə doğulub. Əslən Qardabanidən olan S.Sadıqov, Rusiyada böyük biznes və maliyyə imkanlarına malikdir”, - deyə GAK sədri qeyd edib.
O vurğulayıb ki, bir sıra atributlar – bayraq, himn və s. yaradan Cavaxetiya ermənilərinin separatçı hücumları ilə müqayisədə, Borçalı sakinləri arasında heç vaxt Gürcüstanın ərazi bütövlüyünə yönələn separatçı meyllər olmayıb.
“Biz bütün bunları qətiyyətlə pisləyirik. Mən artıq Gürcüstanın hüquq-mühafizə orqanlarına müraciət etmişəm ki, bu separatçı meyllərin arxasında duran insanları üzə çıxarsınlar. Çünki Gürcüstan azərbaycanlıları bu ölkənin ərazi bütövlüyünə tərəfdardılar və Söyün Sadıqov kimi insanlar heç vat Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirə bilməzlər”, deyə Ə.Babayev bildirib.
Bununla yanaşı, S.Sadıqovun fəaliyyəti Gürcüstanda gözdən yayınmayıb. Bir sıra gürcü ictimai təşkilatları artıq Gürcüstan azərbaycanlıları arasında separatizmin meydana çıxması cəhdlərindən narahatlıq ifadə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət