Azərbaycanlılar və tatarlar Kiyevdə BMT və ATƏT nümayəndəliklərinin ofisləri qarşısındsa Xocalı faciəsinin 21 –ci ildönümü münasibəti ilə kütləvi etiraz aksiyası keçiriblər.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ukrayna Azərbaycanlıları Konqresindən(UAK) məlumat verilib.
Tədbiri Ukrayna Azərbaycanlı Gəncləri İttifaqı(UAGİ) və UAK təçkil edib.Şəhər meriyasının keçirilməsinə etiraz etsə də, UAK-ın apardığı danışıqlar nəticəsində rəsmi icazə əldə edilib.
Aksiya “Xocalıya ədalət” kampaniyasına müvafiq olaraq UAGİ tərəfindən təşkil olunan tədbirlər çərçivəində keçirilib.Ukraynanın müxtəlif region və şəhərlərindən toplaşan azərbaycanlılar BMT və ATƏT ofislərinin qarşısına yürüyüş edərək, beynəlxalq təşkilatları Xocalı faciəsinə ədalətli qiymət verməyə çağırıblar.
Aksiyada UAK, UAGİ fəalları, tatar və türk icmalarının, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.Aksiya iştirakçıları beynəlxalq təşkilatlardan Erməni işğalçılarının Xoclıda törətdikləri soyqrım aktına siyasi və hüquqi qiymət verməyi tələb ediblər. “Əgər beynəlxalq təşkilatlar azərbaycanlılara qarşı törədilən soyqrıma hüquqi, siyasi qiymət verməzlərsə, onlar gələcədə hadisənin müqqəssirləri qədər məsuliyyət daşımış olacaqlar.Dağlıq Qarabağ azad edilməlidir!”.
UAGİ sədri Anar Tahirov və UAK nümayəndəsi Rövşən Tağıyev. UAK Ali Məclisinin sədri Akif Gülməmmədov,Ukraynadakı Azərbaycan Ağsaqqallar Şurasının nümayəndəsi Firudin Məmmədov ATƏT və BMT nümayəndəliklərinin əməkdaşları ilə görüşdə beynəlxalq təşkilatlardan Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşmaya son qoğmağı tələb ediblər.İki saatlıq aksiyadan sonra etiraz aksiyasının qətnaməsi BMT və ATƏT nümayəndəliklərinə təqdim edilib.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan - 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət