Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bosniya və Herseqovina Parlamenti tərəfindən “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması“ adlı Qətnamənin qəbul edilməsini alqışlayıb və bunu “Xocalıda törədilmiş kütləvi qırğının beynəlxalq tanınması istiqamətində növbəti və çox əhəmiyyətli addım” kimi qiymətləndirib.
“Biz Xocalı qətliamının beynəlxalq tanınmasını faciə qurbanlarına münasibətdə ədalətə verilən qiymət kimi dəyərləndiririk və bir sıra ölkələrin parlamentlərinin, xüsusilə Bosniya və Herseqovina parlamentinin Xocalının azərbaycanlı əhalisinə qarşı törədilmiş kütləvi qırğını tanıyan və qınayan qərarını yüksək qiymətləndiririk”, - deyə XİN mətbuat xidməti X.Xələfovun sözlərindən sitat gətirir.
Bosniya və Herseqovina Parlamentinin fevralın 26-da qəbul etdiyi qətnamədə qətnamə və bəyannamələrin, xüsusilə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsinə, eləcə də bütün erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağırış edilib.
Bundan başqa, regionda möhkəm sülhün və sabitliyin bərqərar olması məqsədilə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh prosesinin sürətləndirilməsinin vacibliyi vurğulanıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət