Azərbaycan Mərkəzi Bankı serverlər və avadanlıqların alınmasına tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Tender elanına əsasən, AMB xüsusilə, Real Vaxt Rejimində Banklararası Hesablaşmalar (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemlərinin (XÖHKS) texniki platformasını təşkil edən serverlərin, digər avadanlıqların və Oracle Verilənlər Bazasını İdarəetmə Sisteminin satın alınmasını planlaşdırır.
Tenderdə iştirak üçün dövlət rüsumu 300 manata bərabərdir.
Şirkətlərin tender təkliflərinin qiymətləndirilməsi zamanı AMB aşağıdakı meyarları nəzərə alacaq: son bir il üzrə maliyyə vəziyyəti barədə bank arayışı, şirkətin beş illik təcrübəsi, o cümlədən ən azı iki sertifikatlı mütəxəssisinin olmasını təsdiq edən sənədlər və s.
Tenderin şərtlərinə görə, müqaviləsi imzalandığı gündən 80 gün ərzində serverlər, digər avadanlıqlar və standart proqram təminatları quraşdırılaraq təhvil verilməlidir.
Tenderə dair təkliflərin qəbulu aprelin 23-nə qədərdir. Təkliflərin qiymətləndirilməsi aprelin 24-də baş tutacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət