“AtaSığorta” şirkətinin ödənilən nizamnamə kapitalı 7,6 mln. manata çatıb ($9,7 mln.-a yaxın). Bu barədə sığorta şirkətinin yeganə səhmdarı olan “AtaHolding”in məlumatında bildirilir.
“Bakı Fond Birjasında (BFB) 1 mln. manat ümumi məbləğdə “AtaSığorta” ASC-nin səhmləri yerləşdirilib. Beləlikə, şirkətin faktiki ödənilən nizamnamə kapitalı 7,6 mln. manata çatıb”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, “AtaSığorta” 2012-ci il martın 15-də 5 mln. manat məbləğində səhmlərin əlavə emissiyasının yerləşdirilməsinə başlayıb. Əlavə emissiyanın yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı 2 dəfə - 10 mln. manata qədər artacaq.
Əlvə emissiya bir qiymətli kağız üçün nominalı 25 manat olan 200 min səhmə bölünüb.
“AtaSığorta” 2004-cü ilin sentyabrında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. “AtaHolding” şirkətin yeganə səhmdarıdır. Azərbaycanın 15 aparıcı sığorta şirkəti sırasına daxil olan “AtaSığorta” 26 sığorta növü üzrə xidmət göstərir.
2012-ci il ərzində şirkətin sığorta haqları yığımı 10.85 mln. manat, ödənişləri – 2,75 mln. manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət