Azərbaycan parlamenti Xocalı soyqırımı tanıyan və bu məsələyə dair qətnamə qəbul edən müxtəlif ölkələrin qanunverici orqanlarının ünvanına minnətdarlıq məktubları göndərəcək. Bu barədə parlamentin spikeri Oqtay Əsədov çərşənbə axşamı Milli Məclisin plenar iclasında məlumat verib.
“Xocalı soyqırımını ilk olaraq Pakistan, Meksika və Kolumbiya parlamentləri tanıyıb. Bundan başqa, soyqırım həmçinin ABŞ-ın yeddi ştatı tərəfindən tanınıb. Son zamanlar Xocalı soyqırımına dair qətnamələr o cümlədən Bosniya və Herseqovina, Serbiya və Çex parlamentləri tərəfindən tanınıb”, - deyə O.Əsədov xatırladıb.
Spirek qeyd edib ki, cari ildə dünyanın müxtəlif ölkələrində bu faciəli hadisələrin 21-ci ildönümü ilə əlaqədar Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tədbirlər keçirilib.
O.Əsədovun sözlərinə görə, bütün bunlar Azərbaycan və Xocalı soyqırımı haqqında düzgün məlumatın fünya ictimaiyyətinə çatdırılmasına dair ölkənin apardığı işin uğurlu olduğunu sübut edir.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. Qadınlar, qocalar, əlillər, uşaqlar vəhşicəsinə öldürülüb. İndiyədək görünməmiş qəddarlıq nəticəsində adları məlum olan 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət