Azərbaycanın kənd təsərrüfatında aktual problemlərdən biri heyvanların numerasiya sisteminin olmamasıdır. Bu barədə kənd təsərüfatı naziri İsmət Abbasov bildirib.
“Bu sistemin olmaması heyvanların xəstələnməsinə qarşı mübarizəni çətinləşdirir”, - deyə nazir çərşənbə günü “Dövlət Baytarlıq Xidmətinə Heyvanların İdentifikasiyası və Təsərrüfatların Qeydiyyatı Milli Sisteminin Hazırlanmasına dəstək” adlı Tvininq layihəsinin başa çatdırılması üzrə tədbirdə bildirib .
İ.Abbasovun sözlərinə görə, bu layihənin reallşadırılması əhalinin sağlamlığının təminatında mühüm addımdır.
Nazir həmçinin məlumat verib ki, 2020-ci ilə qədər Azərbaycanda kənd təsərrüfatı istehsalının iki dəfə artımı planlaşdırılır
DBX-nin rəhbəri Siyarə Rüstəmova öz növbəsində məlumat verib ki, 2011-ci ilin aprel ayında başlanan bu layihə çərçivəsində 12 regiondan olan 53 baytar treninqlər keçiblər.
Tvininq layihəsi xüsusilə "Baytarlıq haqqında", “Atçılıq haqqında”, "Azərbaycan Respublikası Dövlət baytarlıq xidmətinin strukturunun təkmilləşdirilməsi haqqında" qanunlara dəyişikliklərin daxil edilməsi, ferma və heyvandarlıq təsərrüfatlarının təkrar qeydiyyatdan keçirilməsi, heyvanların yeni (o cümlədən elektron) identifikasiya sisteminin tətbiqini nəzərdə tutur.
“AB Azərbaycanla ticari əlaqələrin inkişafı və genişləndirilməsinə töhfəsini verə bilər. Biz şadıq ki, müvafiq strukturlarla danışıqlar səmərəli keçib və bütün hazırlanan sənədlər parlament tərəfindən qəbul ediləcək və güvvəyə minəcək”, - deyə AB-nin Azərbaycandakı nümayəndəliyini rəhbəri, səfir Roland Kobia bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət