“AccessBank” baş ofisinin yenidən qurulması məqsədi ilə AYİB-dən $4,2 mln. kredit cəlb edib.AYİB-in Bakı ofisinin rəhbəri Nil Makkeyn və “AccessBank”ın infrastruktur direktoru Rüfət İsmayılov cümə axşamı Bakıda kredit sazişini imzalayıblar.
“AccessBank” İdarə Heyətinin sədri, baş menecer Mixael Hoffman mətbuat konfransında bildirib ki, AYİB-in verdiyi kredit baş ofisin yenidən qurulma xərclərinin yalnız 30%-ni ödəyəcək, qalan xərclər bankın öz vəsaiti hesabına maliyyələşdiriləcək.
“Yenidənqurma işləri başa çatdıqdan sonra biz Azərbaycanda ilk dəfə olaraq öz əməkdaşlarımıza cüzi enerji istifə sisteminə malik “yaşıl ofislər” təqdim edəcəyik. Bu sistem 42% qənaət etməyə imkan verəcək”,- deyə M.Hoffman qeyd edib.Onun sözlərinə görə, “AccessBank” gələcəkdə enerjiyə qənaət üzrə layihələri maliyyələşdirmək niyyətindədir.
N.Makkeyn bildirib ki, bu layihə AYİB-in Azərbaycanda enerjiyə qənaət üzrə ilk layihəsidir.
“Azərbaycanda elektrik enerjisi xərcləri yüksəkdir və mən əminəm ki, bizim layihələrimiz əhalinin böyük marağına səbəb olacaq”,- deyə N.Makkeyn əlavə edib.
Xəbər verildiyi kimi, AYİB-in kredit vəsaitləri aşağı emissiyalı şüşələməyə, elektrik sisteminin avtomatlaşdırılması, dəyişən soyutma agentlərinin istifadəsi ilə isitmə/soyutmanın tətbiqi, bankın baş ofisində müasir işıqlanma sisteminin tətbiqinə sərf ediləcək.
Layihənin ümumi dəyəri - $13,8 mln. təşkil edir.
“AccessBank” aktivlərin həcminə görə ölkədə aparıcı bankların onluğuna daxildir. Hazırda bankın səhmdarlar strukturu aşağıdakı kimi təqdim edilib: AYİB, İFC, KfW və QDTİB – hər biri 20%, “Access Holding” – 16,53%, LFS Financial Systems GmbH – 3,47%. 2012-ci il oktyabrın 1-nə bankın nizamnamə kapitalı 85 mln. manata bərabərdir.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq dövründə AYİB Azərbaycanda 127 layihənin maliyyələşdirilməsinə $2 mlrd. məbləğində vəsait ayırıb. Hazırda bankın Azərbaycanda layihələr üzrə cari portfeli 692 mln. avro təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət