Azərbaycan Mərkəzi Bankı (AMB) pul nişanlarının Ekspertiza Mərkəzi üçün zəruri sistem və avadanlıqların alınmasına dair tenderin müddətini uzadıb.
Xəbər verildiyi kimi, təkliflərin qəbul edilmə müddəti martın 6-da başa çatmışdı.Tender proseduru martın 7-də baş tutmalıydı.
“Tender komissiyası tender iştirakçılarından təkliflərin qəbul müddətini aprelin 5-nə qədər uzatmaq barədə qərar qəbul edib.Bununla alaqədar tender proseduru aprelin 8-də keçiriləcək”,- deyə məlumatda qedy edilir.
Pul nişanlarının ekspertiza mərkəzi hazırda yaradılmaqdadır.
Tender elanına əsasən, bank xüsusilə beynəlxalq standartlara uyğun ekspertizasının aparılması üçün zəruri sistem və avadanlıqların alınmasını; Ekspertiza Mərkəzinin vahid proqram təminatının yaradılmasını; sistemin vahid informasiya bazasının yaradılmasını; statistik və analitik hesabatlıq sisteminin yaradılmasını; Ekspertiza Mərkəzinin informasiya bazasının AMB-də yaradılacaq Cash Managament System-lə (CMS) informasiya mübadiləsi sisteminin yaradılmasını planlaşdırır.
Şərtlərə əsasən,müqavilə imzalandıqdan sonra 9 ay müddətində bütün sistem və avadanlıqlar AMB-yə çatdırılmalı Mərkəzi Bankın 2 saylı Xəzinə saxlancında, mövcud inzibati binasında və 5 Regional Mərkəzdə quraşdırılıb təhvil verilməlidir
İddiaçıların tender təkliflərinin qiymətləndirilməsi zamanı aşağıdakı amillər nəzərə alınacaq: qiymət amili (60%), avadanlıqların və proqram təminatının texniki spesifikasiyası (35%), təminat və dəstək şərtləri və müddəti (5%).
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət