Dağlilq Qarabağ problemini Azərbaycan və Ermənistan hökumətləri həll edəcəklər.RF İctimai Palatasının üzvü,Beynəlxalq əməkdaşlıq və ictimai diplomatiya üzrə komissiyalararası işçi qrupun sədr müavini Sergey Markov belə söyləyib.
“Bu böyük problemdir, biz onu həll etməyə iddialı deyilik, lakin biz öz mövqeyini tədricən formalaşdıran vətəndaş cəmiyyıətləri və təşkilatları arasında dialoq qurmağa kömək edə bilərik. Biz hesab edirik ki ,insanlar normal şəkildə bir- birləri ilə dialoq qurmalı, tədricən humanitar iqtisadi əlaqələrin donu açılmalıdır.Biz buna kömək etməyə hazırıq”,- deyə S.Markov çərşənbə axşamı Bakıda jurnalistlərə bildirib.
O qeyd edib ki, Dmitri Medvedev prezidentlik etdiyi müddətdə Azərbaycan və Ermənistanın dövlət başçılarının bir neçə görüşünü təşkil edib.
“Bu mürəkkəb problemdir.Buna görə də bizim köməyimiz lazımdır.Məlum olduğu kimi, yalnız Rusiya vasitəçilik etmir, ATƏT-in Minsk qrupu çərçivəsində AB və ABŞ-da vasitəçilik missiyası daşıyır.Kimsə nə ilə isə təsir göstərə bilər.Bizm vəzifəmiz odur ki, hərbi əməliyyatlar təkrarlanmasın. Lakin, bununla yanaşı münaqişə tamamilə dondurulmasın, münaqişənin həlli üçün vəziyyət müsbət istiqamətə doğru dəyişsin”,- deyə S.Markov bildirib.
O qedy edib ki, Rusiya heç bir tərəfi hər hansı addımı atmağa məcbur edə bilməz,”güc yoliu ilə hə isə etməyə tələsmək lazım deyil”.
“Bildiyimiz kimi, bu problemin özü güc tədbiq edilməsi nəticəsində yaranıb.Biz hesab edirik ki, sülh, humanitar və iqtisadi əməkdaşlıq problemin əsas həll yoludur.Mənə elə gəlir ki, münaqişənin həlli üçün onu indi həddən artıq şişirtmək lazım deyil, normal qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün problemi yavaş –yavaş təcrid etmək lazımdır.Yeni şərtlər yaradılmalıdır və artıq yeni şərtlər əsasında bu sistemə qayıtmaq mümkün olacaq”,- deyə o bildirib.
“Amma digər tərəfdən, ola bilsin ki, məsələ gələcəkdə hər hansı kəskin böhran nəticəsində həll olunsun.Ona görə ki, əgər hər hansı kəskin geosiyasi böhran baş versə , münaqişə sürətlə həll oluna bilər”,- deyə S.Markin vurğulayıb.
O deyib ki, Azərbaycan-Ermənistanın Dağlıq Qarabağla əlaqədar münasibətlərinin hazırkı modeli tərəflər arasında 20 ildən artılq davam edən münaqişəyə əsaslanır.
“O zamandan bəri qarşılıqlı münasibətlər çox dəyişib.Azərbaycan əhəmiyyətli dərəcədə güclənib, Ermənistandan qüdrətli olub.Buna görə yeni format güclərəin indiki vəziyyətinə müvafiq olaraq müəyyən edilməlidir.Lakin problem ondadır ki, Azərbaycanın həm hərbi , həm də sülh yolu ilə inkişaf imkanları blokada olunub.Problemin hərbi yolla həlli iqtisadiyyatın sabitliyini poza bilər, iqtisadiyyat Azərbaycanın əsas alətidir və ölkə güclənmiş iqtisdsadiyyat vasitəsi ilə daima vəziyyəti öz xeyrinə dəyişməkdədir.Yəni bu deməkdir ki, hərbi yol praktiki olaraq özünü sarsıtmaq deməkdir,Sülh yolu isə-burda ABŞ, və AB, faktiki olaraq Fransa vsitəçilik edir.Bu iki ölkə Ermənistanın güclü müttəfiqləridir, çünki hər iki ölkədə güclü erməni diasporası mövcuddur.Belə aydın olur ki, sülh yolu da asan deyil.Buna görə Azərbaycan daha qeyri-adi çıxış yolu tapmalıdır.Mən başqa yol görmürəm”,- deyə o əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət