“Sahibkarılıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilmək üçün Milli Məclisə tövsiyə olunub.
Bu cür qərar cümə axşamı parlamentin İqtisadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu Komitələrinin birgə iclasında qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyin müxbiri məlumat verib.
Qanun layihəsi İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanıb.
Bu qanun layihəsinə əsasən, sahibkarlıq subyektlərində yoxlamalar üç risk qrupuna əsaslanaraq aparılacaq. Sahibkarları risk qruplarına aid edilməsi zamanı aşağıdakı meyarlar nəzərə alınaxaq: sahibkarın fəaliyyət dairəsi; sabibkarın bu sahədə fəaliyyətinin müddəti; mümkün zərərin ağırlığı nəzərə alınaraq sahibkar tərəfindən istehsalatın xüsusiyyətləri; sahibkarın öncəki yoxlamalarının nəticələri və s.
Sahibkarlıq subyektlərində yoxlamalar planlı və plandan kənar aparılacaq
Layihədə planlı yoxlamaların sayına məhdudiyyətlər qoyulub. Xüsusilə, yüksək risk qupuna aid olan sahibkarlar ildə bir dəfədən az olmayaraq; orta risk qrupuna aid olanlar – iki ildə bir dəfədən az olmayaraq; aşağı risk qrupuna aid olanlar – üç ildə bir dəfə az olmayaraq yoxlanılacaqlar.
Aparılan bütün yoxlamaların uçotu elektron formada aparılmalıdır. Bundan başqa, bütün aparılan yoxlamalar vahid məlumat reyestrinə daxil edilir. Bununla yanaşı, yoxlamalar aparan orqanlar illik keçirdikləri yoxlamalar haqqında hesabat hazırlamalıdır.
Layihəyə əsasən, yoxlamalar aparan orqanlar noyabrın 1-dək elektron formada yxlamaların aparılma planını hazırlamalı və onu icra hakimiyyətinin müvafiq orqanına təqdim etməlidir.
Sənəd planlı və plandan kənar yoxlamaların aparılması müddətlərini müəyyən edir. Xüsusilə, iri müəssisələrdə planlı yoxlamaların müddəti 10 iş günü (qanun layihəsi Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamaları tənzimləmir – İF-Az), orta və kiçik müəssisələrdə - beş iş günü ilə məhdudlaşmalıdır. İri müəssisələrdə plandan kənar yoxlamalar 5 iş günü, kiçik və orta müəssisələrdə - üç gün müddətinə başa çatmalıdır. Bununla yanaşı, kiçik, orta və iri müəssisələrin meyarları icra hakimiyyətinin müvafiq orqanı tərəfindən təsdiq edilir.
Eyni zamanda, sənəddə yoxlamaların müəyyən müddətə dayandırılması halları nəzərdə tutulur.
Ümumilikdə, qanun layihəsi 10 bölmə və 38 maddədən ibarətdir.
Parlament komitələrinin bir çox üzvləri müzakirələr zamanı bu cür qanunun qəbul edilməsinin məqsədəuyğun olduğunu dəstəkləyiblər. Lakin, onların əksəriyyəti hesab edir ki, sənəd natamamdır və sahibkarların maraqlarını kifayət qədər qorumur. Bununla əlaqədar müzakirələr zamanı onlar qanun layihəsinin mühüm dərəcədə işlənib qurtarılmasının zəruri olduğunu bildiriblər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət