20 ildən artıq Azərbaycana əziyyət verən ermani separatizmi xaricdən terror təhlükəsinə stimul verir.Prezident İlham Əliyev bazar ertəsi Bakıda keçirilən “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
“Azərbaycan terrororizmdən əziyyət çəkən ölkədir, bu günə qədər 2 mindən çox respublika vətəndaşı terror qurbanı olub”,- deyə İ.Əliyev qeyd edib.
“Bu gün Azərbaycan ərazisində hər hansı terror təşkilatı yoxdur. Terror təhlükəsi ölkəni xaricdən təhdid edir”,- deyə dövlət başçısı vurğulayıb.
Prezident Qarabağ münaqişəsində status- kvonun qəbuledilməz olduğunu vurğulayıb. “Biz status-kvonun dəyişdirilməsinə və münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdarıq.Bununla yanaşı, biz problemin həlli üçün digər variantları da istisna etmirik”,- deyə o vurğulayıb.
İ.Əliyev Azərbaycanın terrorizmlə mübarizədə fəal iştirak etdiyini bildirib.Onun sözlərinə görə, bu sahədə beynəlxalq əməkdaşlıq zəruridir. Çünki, dünyanın ən güclü dövləti belə terrorizmlə təklikdə mübarizə aparmaq gücünə qadir deyil.
Dövlət başçısı dünyanın bəzi kütləvi informasiya vasitələrində islamı terrorizmlə əlaqələndirən məqalələrin yazıldığını təəssüflə qeyd edib. “Bu yalnışdır və həqiqəti əks etdirmir.Bu məsələ xüsusi yanaşma tələb edir”,- deyə o söyləyib.
İ.Əliyev təhsilin keyfiyyətinin artırılması, yoxsulluq səviyyəsinin azaldılması və sosial problemlərin həllinin terorizmlə mübarizədə müstəsna rol oynadığını diqqətə çatdırıb.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət