Çərşənbə axşamı Dövlət Akademik Musiqili Komediya Teatrında Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının “Nika” mükafatının təqdimetmə mərasimi keçiriləcək. Bu barədə “İnterfaks” agentliyinə Akademiyanın bədii rəhbəri, kinorejissor Yuli Qusman məlumat verib.
“Bu il biz “Nika” mükafatını iyirmi altıncı dəfə təqdim edəcəyik. Musiqili komediya teatrının gözəl zalı var. İlk dəfə deyil ki, orada mərasim keçiririk”, - deyə Y.Qusman qeyd edib.
“Nika” mükafatınnın laureatları bəzi nominasiyalarda adətən öncədən bəlli olur. Bu il artıq elan olunub ki, “Şərəf və ləyaqətə görə” mükafatının sahibləri kinorejissor Qleb Panfilov və aktrisa İnna Çurikova olacaqlar.
“Televiziya sənətinə töhfəyə görə” mükafatı ilə rejissor Sergey Ursulyak təltif olunacaq. Akademiya bununla onu Vasili Qrossmanın “Həyat və tale” romanı əsasında çəkdiyi filmə görə mükafatlandırmağı qərara alıb.
2013-cü ildə daha bir mükafatın təsis edilməsi qərara alınıb. Bu, Aleksey German adına “Kino sənətinə töhfəyə görə” mükafatıdır. Bu mükafatın ilk sahibləri rejissor Vadim Abdraşitov və ssenarist, rejissor Aleksandr Mindadze olacaqlar. Onlar uzun illər ərzində birgə çalışıb və “Tülkü ovu”, “Xidmətçi”, “Qatar dayandı”, “Maqnit fırtınaları” və s. filmlər yaradıblar.
Mükafatın mövcud olduğu illər ərzində nominasiyaların sayına görə Andrey Proşkinin “Orda” filmi on bir nominasiyada, o cümlədən, “Ən yaxşı film” və “Ən yaxşı rejissor” nominasiyalarında irəli sürülüb. Qalib gələn nominasiyalar üzrə rekordçu Aleksandr Sokurovun 2002-ci ildə yeddi mükafat əldə edən “Buğa” filmi olub.
Bu il “Ən yaxşı film” nominasiyasına beş film iddiaçıdır – A.Proşkinin “Orda”, A.Sokurovun “Faust”, Pavel Lunqinin “Dirijor”, Karen Şahnazarovun “Ağ pələng” və Avdotya Smirnovanın “Kokoko” filmləri.
“Ən yaxşı rejissor” nominasiyasında A.Proşkindən başqa Aleksey Balabanov (“Mən də istəyirəm”) və A.Sokurov (“Faust”) irəli sürülüblər.
“Ən yaxşı aktyor” nominasiyasında Anton Adasinski (“Faust”), Danila Kozlovski (“Ruhless”) və Vladimir Svirski (“Dumanda”) irəli sürülüblər.
Münsiflər heyəti “Ən yaxşı qadın rolu”na görə “Nika” sahibini dörd aktrisanın arasında seçəcək – Anna Mixalkova (“Kokoko”), Yana Troyanova (“Yaşamaq”), Mariya Şalayeva (“Mən yanında olacam”) və Roza Xayrullina (“Orda”).
“Ən yaxşı ssenarist” adına iddiaçılar Yuri Arabov (“Orda”, “Faust”) və Mixail Seqaldır (“Hekayələr”).
“İlin kəşfi” nominasiyasında Fyodor Lvov (“Orda” filmində ikinci dərəcəli rol), “Casus” filminin rejissoru Aleksey Andrianov və aktyor Vladimir Svirski (“Dumanda”) təqdim olunublar.
Mükafat üçün cəmi 91 film təqdim edilib. Səsvermənin birinci turu fevralın 1-dən 21-dək keçirilib. Səsvermədə Akademiya üzvlərinin ümumi sayının 62%-i iştirak edib. Hazırda 621 nəfər Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının üzvüdür.
“Nika” mükafatı 1988-ci ildən etibarən təqdim edilir. Qaliblərə qanadlı zəfər ilahəsinin heykəli təqdim olunur (heykəltəraş – Sergey Mikulski). “Nika”nın təsisçisi və bədii rəhbəri Y.Qusmandır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət