Azərbaycan və Kanadanın hakim partiyaları ikitərəfli əməkdaşlığın inkişafında maraqlıdır. Bu barədə çərşənbə günü hakim Yeni Azərbaycan Partiyasının qərargahında YAP rəhbərliyinin Kanadanın Mühafizəkarlar Partiyasının nümayəndə heyəti ilə görüşü zamanı bəyan edilib.
“Partiyalarımız arasında əməkdaşlıq qurulub. Bir il öncə YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı Kanadaya səfər edib. Səfər zamanı o, bu ölkənin hakim Mühafizəkarlar Partiyasının nümayəndələri ilə məhsuldar görüşlər keçirib”, - deyə YAP-ın icra katibi Əli Əhmədov bildirib.
Ə.Əhmədov Kanadanın Mühafizəkarlar Partiyasının üzvü, Kanada Parlamenti İcmalar Palatası spikerinin müavini, Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Barri Devolinin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərinin parlamentlərarası, partiyalararası və dövlətlərarası əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əmin olduğunu ifadə edib.
“Münasibətlərimiz dostluq və qarşılıqlı anlaşma əsasında qurulur”, - deyə Ə.Əhmədov vurğulayıb.
B.Devoli öz növbəsində bəyan edib: “Biz Azərbaycanın hakim partiyası ilə möhkəm əməkdaşlığın inkişafında maraqlıyıq”.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət