Avropa Azərbaycanla miqrasiya sahəsində də əməkdaşlıqda maraqlıdır. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bəyan edib.
“Avropa miqrasiya sahəsində də Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Miqrasiya məsələləri Avropa üçün çox mühümdür, çünki bu qitə miqrantlar üçün ən cəlbedici regiondur”, - deyə o, cümə axşamı Bakıda Beynəlxalq Miqrasiya Təşkilatının “Cənubi Qafqazda səmərəli readmissiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi” layihəsinin təqdimatında çıxışı zamanı bildirib.
R.Kobia qeyd edib ki, miqrantlar dünya əhalisinin 3%-ni təşkil edir. Bununla yanaşı, Avropa üzrə bu göstərici 4%, yəni 19,5 mln. nəfər təşkil edir.
Diplomatın sözlərinə görə, ümumilikdə, Aİ miqrasiya üzrə 285 mln. avro məbləğində 150 layihə reallaşdırır.
“Azərbaycan Aİ-nin tərəfdaşıdır. Biz istəyirik ki, miqrasiya sahəsində əməkdaşlıq da uğurla inkişaf etsin”, - deyə R.Kobia bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin tədbirdən verdiyi məlumata əsasən, Beynəlxalq Miqrasiya Təşkilatının təqdim etdiyi layihənin ümumi dəyəri 1 492 457 avro təşkil edir və 24 ay ərzində Cənubi Qafqazın üç ölkəsində həyata keçiriləcək. Layihənin məqsədi səmərəli readmissiya idarəçiliyi mexanizminin yaradılmasıdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət