Azərbaycan Prezidenti İlham Əliyev may ayında Avstriyaya rəsmi səfər edəcək. Bu barədə Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Reynhart məlumat verib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Reynhartın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ilə görüş keçirib.
“Ölkələrimiz arasında əməkdaşlıq yüksək səviyyədədir. Bu əməkdaşlığın pik nöqtəsi Azərbaycan Prezidenti İlham Əliyevin gələn ay Avstriyaya nəzərdə tutulan rəsmi səfəri olacaq”, - deyə avstriyalı nazir müavini bildirib.
Onun sözlərinə görə, Avstriya tərəfi Azərbaycanda kabel istehsalı üzrə müasir tələblərə cavab verən zavodun inşasında maraqlıdır. Müəssisə təkcə Azərbaycanın daxili ehtiyaclarının ödənilməsi üçün deyil, eyni zamanda xarici bazarlara ixracat üçün nəzərdə tutulacaq.
A.Reynhart deyib ki, Avstriya şirkətləri “Elektron hökumət” quruculuğu, bu sahədə kadrların hazırlanması, elektron səhiyyə, elektron notariat, daşınmaz əmlak sahəsində elektron ünvan və reyestr xidmətləri, elektron təhlükəsizlik, rabitə və digər sahələrdə əməkdaşlığa maraq göstərir.
E.Vəlizadə qeyd edib ki, Azərbaycan tərəfi kabel istehsalı üzrə zavodun inşası təşəbbüsünü dəstəkləyəcək.
Görüşdə, həmçinin bir sıra digər məsələlər müzakirə edilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət