Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələrinin Azərbaycana səfəri Azərbaycan demokratiyasının davamlı inkişafına kömək edə bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov bəyan edib.
“Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və onlarla səmərəli əməkdaşlığın inkişafında maraqlı olduğunu həmişə açıq şəkildə bildirib. Bu səfər də belə əməkdaşlıq çərçivəsində həyata keçirilir”, - deyə o, bir sıra ölkələrin AŞ Nazirlər Komitəsindəki səfirlərindən ibarət nümayəndə heyətlərinin çərşənbə günü Bakıya səfərini şərh edərkən bildirib.
Ə.Əhmədov AŞ nümayəndələrinin Azərbaycandakı vəziyyətlə daha yaxından tanış olmaq imkanı qazanmaları nöqteyi-nəzərindən səfərin vacib əhəmiyyət daşıdığını qeyd edib.
Eyni zamanda o söyləyib ki, beynəlxalq təşkilatlar respublikaya qarşı tez-tez tənqidi mövqedən çıxış edirlər.
“Ümumiyyətlə, demək istəyirəm ki, beynəlxalq təşkilatlar bir qayda olaraq tənqidi mövqedən çıxış edirlər. Bu halda söhbət təkcə Azərbaycandan getmir. Məsələ bundadır ki, beynəlxalq təşkilatlar öz fəaliyyət prinsiplərinə uyğun olaraq tənqidə daha çox meyllidirlər”, - deyə Ə.Əhmədov bildirib.
“Bildiyiniz kimi, bəzi beynəlxalq təşkilatlar Azərbaycanı bu və ya digər formada tənqid edirlər, bəzi hallarda biz ittihamların əsassız olduğunu onların diqqətinə çatdırırıq. Əgər onlar yenidən hər hansı subyektiv bəyanatlarla çıxış edərlərsə, Azərbaycan tərəfi bu fikirlərin nə dərəcədə həqiqətə uyğun olmasına dair öz mövqeyini bildirəcək”, - deyə hakim partiyanın nümayəndəsi vurğulayıb.
Onun sozlərinə görə, Azərbaycanda demokratik proseslərin inkişafı və insan haqlarının təmin edilməsi yönündə ciddi irəliləyişlər var.
“Azərbaycanda demokratik institutlar effektiv işləyir, insan hüquqlarının müdafiəsi üzrə institutlar mövcuddur. Bu sahədə müvafiq qanunvericilik bazası yaradılıb. Biz hesab edirik ki, Azərbaycan 20 il ərzində əhəmiyyətli demokratik inkişaf yolu keçib və bu istiqamətdə yüksək nailiyyətlər əldə edib”, - deyə Ə.Əhmədov vurğulayıb.
O bildirib ki, demokratiya daim təkmilləşməyi tələb edən bir prosesdir.
“Azərbaycan gənc demokratiyaya malik gənc dövlətdir. Təbii ki, Azərbaycanda demokratiya və demokratik mühit gələcəkdə də inkişaf edəcək, demokratiya institutları daha da möhkəmlənəcək. Bu, Azərbaycanda həyata keçirilən siyasətin əsas prioritetlərindən biridir. Azərbaycan rəhbərliyi, Prezident dəfələrlə bəyan edib ki, biz demokratik inkişaf yolu ilə gedirik, Azərbaycanda demokratik institutlar inkişaf edir və biz bu yolla gələcəkdə də inkişaf edəcəyik”, - deyə Ə.Əhmədov vurğulayıb.
YAP icra katibi demokratiyanın inkişafı prosesinə müxtəlif baxışların mövcud olmasını təbii hal hesab edir. “Biz hesab edirik ki, Azərbaycan doğru yolla inkişaf edir və bu inkişaf gələcəkdə də davam edəcək”,- deyə o qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət