“İnterfaks-Azərbaycan” agentliyinin İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiə Əl Bərrakla müsahibəsi
- Cənab səfir, Azərbaycan-İraq münasibətlərinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanla İraq arasında münasibətlər yüksək inkişaf səviyyəsindədir. Bizim siyasi münasibətlərimiz əladır. Hər iki tərəfdən əməkdaşlıq həyata keçirən nümayəndələr var. Onların işi, obrazlı şəkildə ifadə etsək, ölkələr arasında əməkdaşlıq üçün çoxlu sayda qapılar açmaqdan ibarətdir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, bu il Bakıda iki ölkənin Nazirlər Kabineti nümayəndələrinin görüşü nəzərdə tutulub.
İqtisadi münasibətlərə gəlincə, əgər 3-4 il əvvəl mal dövriyyəsinin həcmi $2-4 mln. təşkil edirdisə, hazırda bu göstərici $418 mln.-a bərabərdir. Bu rəqəm göstərir ki, ölkələrimiz arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Əgər siyasi münasibətlərimiz qənaətbəxş olmasaydı, iqtisadi əməkdaşlıq da inkişaf etməzdi.
-Siz qeyd etdiniz ki, İraq nümayəndə heyəti Azərbaycana gələcək. Səfər nə zaman baş tutacaq?
-Səfərin bu ilin birinci yarısında olacağı gözlənilir.
-Azərbaycan və İraq neft istehsal edən ölkələrdir. Bu sahədə ikitərəfli əməkdaşlığın perspektivləri necədir?
- Təbii ki, əgər ölkələr neft istehsal edirlərsə, bu sahədə əməkdaşlıq qaçılmazdır. Bizim bununla əlaqədar böyük planlarımız var. Aprel ayında baş tutacaq hökumətlərarası iclasda neft və qaz sahəsində əməkdaşlıqla bağlı danışıqlar aparılacaq. Hazırda İraqdan neft alan bir sıra Azərbaycan şirkətləri var. Bundan başqa, İraq ərazisində fəaliyyət göstərən xarici şirkətlərdə azərbaycanlı mühəndislər çalışırlar. Biz əməkdaşlığımızın daha yüksək səviyyəyə qalxmasını istəyirik. Azərbaycan böyük texnoloji imkanlara malikdir. Sizin ölkəniz ikitərəfli münasibətlərin genişləndirilməsində İraqa kömək edə bilər.
-Humanitar əməkdaşlıqdan söhbət gedərsə, tələbə mübadiləsi ilə bağlı vəziyyət nə yerdədir?
- Ölkələr arasında tələbə mübadiləsi çoxdan həyata keçirilir. Mən 2010-cu ildə Bakıya təyin ediləndə burada artıq 60 iraqlı tələbə təhsil alırdı. İndi onların sayı 260 nəfərə bərabərdir. Təkcə bu il 75 nəfər Azərbaycana təhsil almağa gəlib. Gələn il biz onların sayını 1000-ə çatdırmağı planlaşdırırıq. Amma bu, Azərbaycanın ali məktəblərindən asılıdır, yəni onlar iraqlı tələbələrin cəlb edilməsində maraqlı olmalıdırlar. Biz öz tərəfimizdən əməkdaşlığın genişləndirilməsi üçün universitetlərlə iş aparırıq.
-Bakı və Bağdad arasında aviareysin açılması ilə bağlı danışıqlar hansı mərhələdədir?
- Biz bu reysi açmağı qarşımıza məqsəd qoymuşuq və mən əminəm ki, o açılacaq. Artıq bəzi Azərbaycan şirkətləri İraqda işləmək istədiklərini bildiriblər. Bağdad öz seçimini eləməlidir. Düşünürəm ki, bu məsələnin həlli bir qədər zaman alacaq. Amma yəqin ki, artıq bu il dörd istiqamətə - Bağdad, Nəcəf, Ərbil və Bəsrəyə reyslər açılacaq. Reyslər həftədə dörd dəfə həyata keçiriləcək.
-Bildiyim qədər, Bağdad Azərbaycanda istehsal olunan silahları almağa maraq göstərir. Ölkələr arasında bu məsələ müzakirə edilirmi?
-Bəli, Bağdad Azərbaycan silahına maraq göstərir. Azərbaycan bizə bəzi təkliflər edib. Biz bu təkliflər üzərində işləyirik.
-Məlum olduğu kimi, İraqda dini turizm inkişaf edib. Hər il çoxlu sayda azərbaycanlı İraqdakı müqqədəs yerlərə ziyarətə gedir. Bu sahədəki göstəricilər barədə nə deyə bilərsiniz?
- Azərbaycanlı zəvvarların İraq ərazisindəki müqəddəs yerlərə ziyarətləri ikitərəfli münasibətlərdə mühüm yer tutur. İldən-ilə azərbaycanlı zəvvarların sayında artım müşahidə olunur. Məsələn, 2011-ci ildə İraqa 6 mindən çox azərbaycanlı zəvvar gəlmişdisə, 2012-ci ildə bu göstərici artıq 9 minə çatıb. Bu il planlaşdırılan birbaşa aviareys açıldıqdan sonra daha böyük artım gözlənilir.
-Dini turizmdən başqa, turizmin digər növlərinin inkişafı üzrə hər hansı planlar varmı?
-Bəli, biz turizmi bütövlükdə inkişaf etdirmək niyyətindəyik. Bizim planlarımız var və onlara əsasən, biz bu sahəni tənzimləyirik. Məlum olduğu kimi, İraq tarixi abidələrlə də zəngindir və biz çoxlu sayda turist cəlb etmək istərdik. Həmçinin biz Azərbaycana gələn iraqlı turistlərin də sayını artırmaq niyyətindəyik. Hesab edirəm ki, aviareyslərin açılması bu sahəyə müsbət təsir göstərəcək.
-Yaxın zamanlarada qarşılıqlı səfərlər gözlənilirmi?
-Keçən il İraq parlamentinin Beynəlxalq Əlaqələr üzrə Komitəsinin rəhbəri Şeyx Homam Hammudi Azərbaycana gəlib və biz Azərbaycan tərəfinin cavab səfərini gözləyirik.
-İraqın daxilində baş verən hadisələrə də toxunmaq istərdim. Ölkədəki vəziyyətlə bağlı nə deyə bilərsiniz?
-Qeyd edim ki, KİV İraq barəsində yalnız mənfi məlumatları çatdırır: partlayışlar, terror hücumları və s. Əgər KİV sözün əsl mənasında normal - məsələn, İraqın büdcəsinin $120 mlrd.-a çatması və ya ölkədə vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən ictimai-humanitar layihələr barədə reportajlar hazırlasa, bu, audiytoriyanın tələbatına cavab verməyəcək. Təəssüf ki, tərəqqidən uzaq olan xəbərlərlə daha çox maraqlanırlar. Yalnız qan tökülməsinə, partlayışlara və s. maraq göstərilir. Mən Azərbaycan KİV-lərini nəzərdə tutmuram, dünya kütləvi informasiya vasitələri barədə danışıram.
Bununla yanaşı, İraqa səfər edən azərbaycanlılar KİV-lərdə bu ölkə barədə yayılan xəbərlərin reallıqdan çox uzaq olduğunun şahidi olurlar. Fərdin, siz özünüz İraqda olmusunz və orada vəziyyətin necə olduğunu bilirsiniz.
-Sizcə, bu cür yalan informasiya yayımının arxasında nə dayanır?
-KİV! Destruktiv KİV! Öz növbəsində, onların da arxasında konkret dövlətlər dayanır. Bunun səbəbi İraqın dinamik inkişafından ehtiyat etmələridir, belə inkişaf nəticəsində ölkəmiz regionun ən güclü dövlətlərindən birinə çevrilə bilər. Aydın görünür ki, bəzi region ölkələri İraqın inkişaf etməsindən qorxur.
- Bu iddianı nə ilə əsaslandıra bilərsiniz?
-Bu gün dünya iqtisadiyyat dili ilə danışır. İraq digər ölkələrdən fərqli olaraq iki səciyyəvi xüsusiyyətə - təbii sərvətlərə və insan potensialına malikdir. Bir sıra regional dövlətlərin (onların adını çəkmək istəmirəm) ali məktəblərində əcnəbi müəllimlər dərs deyir. Bizm özümüzün müəllim potensialımız var, yəni ölkəmizdə elm də inkişaf edir.Və biz öz növbəmizdə ölkəmizin inkişaf etməsi üçün əlimizdən gələni edirik.
Təbii resurslara gəlincə, biz böyük neft-qaz ehtiyatlarına, eləcə də iri qızıl, gümüş və filiz yataqlarına malikik.
- İraq parlamenti vətəndaşlara neft gəlirlərindən dotasiyalar ayırmaq məsələsini müzakirə edib. Bu məsələ hansı mərhələdədir? Bu ideya necə həyata keçiriləcək?
-Söhbət nağd vəsaitlərin ayrılmasından gedir. Neft gəlirlərinin müəyyən hissəsi xalqa ayrılacaq. Keçən il bu olmayıb. Bilmirəm, gələcəkdə necə olacaq, amma 2013-cü ildə dotasiyanın verilməsinin nəzərdə tutulduğunu dəqiq bilirəm.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət