Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinə üç ay müddətində dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcmini və keyfiyyət standartlarını hazırlamağı tapşırıb.
Nazirlər Kabinetinə bu tapşırıq Azərbaycan Prezidentinin imzaladığı “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunun tətbiqi haqqında fərman əsasında verilib.
Fərmana əsasən, Nazirlər Kabineti həmçinin uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyən etməlidir.
Səhiyyə Nazirliyinə uşaqların icbari dispanserizasiyası zamanı müayinələrin və baxış keçirəcək ixtisaslı mütəxəssislərin siyahısını təsdiq, dispanserizasiyadan keçiriləcək və dispanserizasiyadan keçmiş uşaqların uçotu qaydasını müəyyən etmək tapşırılıb.
“Uşaqların icbari dispanserizasiyası haqqında” qanun 3 fəsil, 16 maddədən ibarətdir. Qanun uşaqların ildə bir dəfədən az olmayaraq dövlət hesabına icbari, profilaktik tibbi müayinəsinin (dispanserizasiya) aparılmasını nəzərdə tutur.
Uşaqların icbari dispanserizasiyasının məqsədi gənc nəslin sağlamlığının qorunmasının təminatı və möhkmləndirilməsi, uşaq xəstəliklərinin profilaktikasıdır.
Qeyd olunan qanun uşaqların sağlamlıq vəziyyətindən asılı olaraq differensial sağlamlıq-müalicə tədbirlərinin tətbiqi ilə uşaqların planlı, kompleks və sistemli icbari dispanserizasiyasını, eləcə də bütün uşaqların icbari dispanserizasiyadan keçməsinin təmin edilməsini nəzərdə tutur.
Qəbul edilən qanun həmçinin uşaqların icbari dispanserizasiyası sahəsində dövlətin öhdəliklərini, o cümlədən tibb müəssisələrinin texniki təchizatının yaxşılaşdırılması, sağlamlığın profilaktikası üzrə avtomatlaşdırılmış sistemlərin istifadəsi, erkən mərhələlərdə xəstəliyin aşkar edilməsi, əhalinin dispanserizasiya haqqında maarifləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinin zəruriliyini müəyyən edir.
Dövlət uşaqların illik tibbi müayinəsi; müayinədən keçəcək uşaqların registrinin yaradılması və aparılması; müvafiq dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi; uşaqar arasında xəstəliklərin səbəblərinin aşkar edilməsi; xəstəliklərin müalicəsi üzrə sosial, sanitar-gigiyenik, epidemioloji və müalicə-sağlamlıq tədbirlərinin reallaşdırılması; müxtəlif xəstəliklər riski ilə üzləşən uşaqların müalicə-diaqnostik müayinəsinin təmin edilməsi ilə bağlı öhdəliklər götürür.
Valideyn himayəsindən məhrum olmuş, məhdud fiziki imkanlı, islah-əmək müəssisələrində cəza çəkən uşaqların dispanserizasiyası müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi xüsusi qaydalara uyğun həyata keçiriləcək.
Müvafiq icra hakimiyyəti orqanları hər uşağın fərdi qaydada dispanserizasiyası üçün xərcləri müəyyən etməlidir.
Uşaqların icbari tibbi müayinəsi onların qanuni nümayəndələrinin razılığı ilə həyata keçirilməlidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət