Müdafiə Sənayesi Nazirliyi bir sıra yeni obyektlərin açılışını planlaşdırır. Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib.
“Aprel-may aylarında müxtəlif çaplı döyüş sursatlarının istehsalı mərkəzi, döyüş sursatlarının utilizasiyası mərkəzi, kiçik çaplı döyüş sursatları üçün nəzarət sınaq mərkəzi, müxtəlif növ minaların və aviasiya bombalarının doldurma mərkəzi və alışdırıcı kapsulların istehsalı mərkəzlərinin açılışları nəzərdə tutulur”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, 2013-cü ilin ilk rübü Müdafiə Sənayesi Nazirliyi üçün uğurlu olub. Nazirliyin müəssisələrində ümumilikdə 37,3 milyon manatlıq məhsul istehsal edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə artım deməkdir. İstehsal olunan məhsulların tərkibində müdafiə təyinatlı məmulatların xüsusi çəkisi 84,2 faiz təşkil edib
“2013-cü ildə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən müdafiə təyinatlı məmulatların istehsalı üzrə 450 milyon manatdan çox sifariş verilib. Birinci rübdə artıq 95,7 milyon manat məbləğində müqavilə bağlanıb. Müqavilələrin tam həcmdə yerinə yetirilməsi üçün ciddi tədbirlər görülür. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində hesabat rübündə təhvil verilmiş məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə, çeşidlərin sayı isə 3,8 dəfə artıb.
Birinci rübdə istehsal olunub sifarişçilərə təhvil verilmiş məmulatlardan PKM pulemyotunu, 60 millimetrlik minaatanı, “Zəfər-K” tipli tapançanı, AK-74M tipli avtomatı, müxtəlif növ döyüş və siqnal patronlarını, əl qumbarasını, piyada və tank əleyhinə minaları, atıcı silahlar və zirehli texnikaların ehtiyat hissələrini və s. göstərmək olar”, - deyə Y.Camalov qeyd edib.
Nazir deyib ki, nazirliyin müəssisələri tərəfindən istehsal edilmiş 30 “Matador” və “Marauder” zirehli nəqliyyat vasitələrinin və “Orbiter-2M” tipli pilotsuz uçuş aparatları üzrə 5 sistemin bütün sınaqları uğurla həyata keçirilərək sifarişçiyə təhvil verilib. Həmçinin, Müdafiə Nazirliyinin istifadəsində olan 27 “Orbiter” tipli pilotsuz uçuş aparatları üzərində əsaslı təmir və təkmilləşdirmə işləri aparılaraq sifarişçiyə təhvil verilib. Hazırda 60 zirehli maşının və “Aerostar” tipli pilotsuz uçuş aparatları üzrə 4 sistemin istehsalı üçün müvafiq işlər aparılır. 2013-cü ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən yaradılma üzrə 71 mövzunu və 212 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işlərinə başlanılıb. Hesabat dövründə 107 millimetrlik 12 lüləli yaylım atəşli reaktiv sistemin yaradılması işləri tam başa çatdırılıb. Məmulatın seriyalı istehsalı və silahlanmaya qəbul edilməsi tövsiyə olunub”, - deyə o bildirib
Bundan başqa, cari ildə NATO standartlarına uyğun 7,62x51 millimetrlik snayper tüfənginin, zenit qurğuları və avtomatik toplar üçün 23 və 30 millimetrlik müxtəlif növ patronların, piyada əleyhinə qəlpəli minaların, 30 və 40 millimetrlik qumbaraatanlar üçün atəş yığımlarının, atıcı silahlar üçün müxtəlif növ alışdırıcı kapsulların, atıcı silahlar üçün kompaslı prizmatik binoklların və xüsusi təyinatlı avtomobillər üzərində müxtəlif növ silahların quraşdırılması üzrə işlər də tam başa çatdırılaraq onların seriyalı istehsalına başlanılacaq.
“Məlum olduğu kimi, bütün növ döyüş sursatlarının istehsalında əsas dəstləşdirici kimi bir sıra partlayıcı maddələrdən - barıt, trotil və heksogendən istifadə olunur. Həmin məmulatların xarici ölkələrdən alınıb gətirilməsi müəyyən vaxt tələb etdiyini və onların əldə olunmasında bir sıra problemlərin yarandığını nəzərə alaraq, partlayıcı maddələrin istehsalı üzrə zavodların tikintisi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə cari ildə həmin məmulatların istehsalı üzrə 3 zavodun tikintisinə başlanılacaq. Artıq layihələr icradadır. Məlumat üçün bildirirəm ki, həmin zavodlar üçün lazım olan müasir texnoloji avadanlıqların çox hissəsi ölkəyə gətirilib”, - deyə Y.Camalov əlavə edib.
Onun sözlərinə görə, 2013-cü ildə təhvil verilməsi nəzərdə tutulan daha 6 istehsal sahəsində son tamamlanma və sazlama işləri aparılır. Həmin sahələr - 40x46 millimetrlik qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı, 23, 30 və 40 millimetrlik döyüş sursatları üçün müxtəlif tipli partlayıcıların istehsalı, 30 millimetrlik A42 topunun istehsalı, artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin gövdələrinin isti ştamplanması və mexaniki emalı, həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı sahələri, habelə adıçəkilən mərmilərin doldurulması və yığılması zavodlarıdır. Bununla da, nazirliyin yaranmasından keçən müddət ərzində istifadəyə verilmiş istehsal sahələrinin ümumi sayı 47-yə çatacaq.
İstifadəyə veriləcək yeni istehsal sahələrini müasir avadanlıqlarla təmin etmək məqsədilə inkişaf etmiş ölkələrin şirkət və firmalarından 300-ə yaxın dəzgah, xüsusi cihaz və alətlərin alınması üzrə müqavilələrin bağlanmasına başlanılıb. Bu işlər qısa müddətdə başa çatdırılacaq”, - deyə o məlumat verib.
Bundan başqa, nazir qeyd edib ki, Azərbaycan bu ilin mayında Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2013 sərgisində 130 adda məmulatla iştirak edəcək. İlk dəfə olaraq 7,62x54 millimetrlik “Gürzə” pulemyotu, 7,62x51 millimetrlik “Yalquzaq” snayper tüfəngi, 7,62x54 millimetrlik HP-7,62 tipli hücum pulemyotu, “Gürzə” patrul maşını, “Aerostar” və “Orbiter” tipli pilotsuz uçuş aparatları və s. məmulatlar nümayiş etdiriləcək. Bu sərgidə də hərbi texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə razılaşmaların əldə olunacağı və bir sıra yeni layihələrin reallaşdırılması nəzərdə tutulub.
“Respublikamızın tarixində ilk dəfə olaraq 2014-cü ilin sentyabrında Bakı şəhərində “ADEX-2014” Beynəlxalq müdafiə sənayesi sərgisinin keçirilməsi nəzərdə tutulur”, - deyə Y.Camalov vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət