Son 10 ildə ölkə büdcəsində səhiyyə xərcləri 11 dəfədən çox artıb. Bu barədə səhiyyə naziri Oqtay Şirəliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib.
“Ölkəmizdə müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilib. Təkcə 2012-ci ildə 38 tibb müəssisəsi fəaliyyətə başlayıb. Hazırda 69 səhiyyə obyektində təmir-tikinti işləri aparılır. Onlardan 50-nin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur”, - deyə nazir söyləyib.
Onun sözlərinə görə, Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına indi Bakı Sağlamlıq Mərkəzində, Sumqayıt şəhər 1 nömrəli xəstəxanasında, Abşeron, Ağcabədi, Ağsu, Cəlilabad, Yevlax, Astara və Lənkəran mərkəzi rayon xəstəxanalarında tikinti və əsaslı təmir işləri aparılır.
Səhiyyə sahəsində həyata keçirilən Dövlət proqramları da artıq öz bəhrəsini verir. Ana və uşaq sağlamlığı üzrə Proqramın icrası sahəsində ölkəmizdə uşaq və ana ölümü göstəriciləri son illərdə dinamik şəkildə ilbəil azalır. Ölkə səhiyyəsində strateji əhəmiyyət daşıyan sahələrdən biri də qan xidmətinin inkişafıdır. Azərbaycanda təhlükəsiz donor qanı ilə təminat məsələsi bu gün praktiki olaraq həll edilib. Qan tədarükü 6,8 tondan hazırda 25,9 tonadək artıb.
“Bütün dünyada olduğu kimi, Azərbaycanda da şəkərli diabet xəstəliyi aktual problemdir. 180 min xəstənin dərmanlarla özünənəzarət vasitələri - qlükometr və test sistemləri ilə dövlət hesabına təmin edilməsi, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlərin, o cümlədən uşaqların reabilitasiyası üçün yaratdığı imkanların nəticəsi olaraq həmin xəstəlikdən ölüm göstəricisi üç dəfə azalıb. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların da müalicəsi indi tam həcmdə dövlət hesabına təmin olunur. Xüsusilə əlamətdardır ki, ölkəmizdə yaradılmış 27 hemodializ mərkəzindən 20-si bölgələrdə fəaliyyət göstərir”, - deyə O.Şirəliyev qeyd edib.
Nazir deyib ki, ümumiyyətlə, səhiyyə sahəsində aparılan islahatlar, pullu tibbi xidmətin ləğvi, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi nəticəsində həm paytaxtda, həm də bölgələrdə dövlət tibb müəssisələrinə müraciətlərin sayı dəfələrlə çoxalıb. Səhiyyə ocaqlarında çalışan mütəxəssislərin səviyyəsinin artması da az əhəmiyyət daşımır.
“Yüzlərlə azərbaycanlı həkim həm xarici ölkələrin klinikalarında, həm də Azərbaycana dəvət olunmuş aparıcı mütəxəssislərin keçdiyi təlimlərdə öz biliklərini zənginləşdirirlər. Bundan əlavə, tibb işçilərinin sertifikatlaşdırılması, tibbi təhsildə rezidenturanın tətbiqi kimi tədbirlər də davam etdirilir. Bu sahədə çox əhəmiyyətli addımlardan biri də bu ildən etibarən həkimlərin işə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə qəbul edilməsidir. Elektron vasitələrdən istifadə olunmaqla keçirilən bu imtahan həm həkimlərin işə qəbulunda şəffaflığı təmin etməyə, həm də onların peşəkarlıq səviyyəsini obyektiv müəyyənləşdirməyə imkan verir”, - deyə o əlavə edib.
O nəzərə çatdırıb ki, indi Azərbaycanda inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, uşaqlar 10 xəstəliyə qarşı peyvənd alırlar. Bir neçə ildir ki, poliomielit, difteriya, parotit, məxmərək kimi ağır xəstəliklər qeydə alınmır.
“2012-ci ilin dekabrında Səhiyyə Nazirliyi tərəfindən “Sağlamlıq ayı” keçirilib. Bu tədbir çərçivəsində ölkənin bütün şəhər və rayonları üzrə bir ay ərzində üç milyona yaxın insan səhiyyə müəssisələrinə dəvət olunub və orada hərtərəfli tibbi müayinələrdən keçiriliblər. Çox əlamətdardır ki, müayinə olunanların 15 faizində, - bu da 400 mindən artıq insan deməkdir, - müxtəlif xəstəliklər ilk dəfə aşkarlanıb. Həmin xəstələr müvafiq ambulator və stasionar müalicəyə cəlb olunublar”, - deyə o söyləyib.
Prezident İlham Əliyev nazirin hesabatını dinləyərək bildirib ki, bəzi hallarda kadr hazırlığı lazımi səviyyəyə bir qədər çatmır.
“Ona görə kadr hazırlığı burada ön planda olmalıdır. Əlbəttə, ilk növbədə, biz Azərbaycanda kadr hazırlığını yüksək səviyyədə təmin etməliyik. Biz peşəkar həkimlərin yetişdirilməsinə, ilk növbədə, ölkə daxilində nail olmalıyıq. Bununla bərabər, bizim həkimlər müxtəlif proqramlar əsasında xarici klinikalara ezam olunurlar, orada təlim keçirlər. Eyni zamanda, Bakıda səhiyyə sahəsində görkəmli mütəxəssislər, alimlər çalışırlar. Hesab edirəm ki, biz bu prosesləri daha da sürətləndirməliyik”, - deyə dövlət başçısı vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət