İslam dini öz bəşəri missiyası ilə insanları daim sülhə, əmin-amanlığa, humanizmə və həmrəyliyə dəvət edir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin MDB Müsəlmanları Məşvərət Şurasının çərşənbə axşamı Bakıda keçirilən “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar” mövzusunda II konfransının iştirakçılarına müraciətində bildirilir. Müraciəti Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov oxuyub.
“Azərbaycan İslam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmaqla dünyəvi və çoxkonfessiyalı dövlətdir. Sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkəmizdə tarixən müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmət və ehtirama əsaslanan mehriban dostluq və əməkdaşlıq münasibətləri mövcud olub, yüksək tolerantlıq ənənələri formalaşıb”, - deyə müraciətdə qeyd edilir.
Prezidentin sözlərinə görə, “cəmiyyətimizdə belə mütərəqqi münasibətlərin bərqərar olmasında İslam dininin müstəsna rolu danılmazdır”.
“Bu gün ölkəmizdə tarixi-mənəvi irsin, etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biridir”, – deyə İ.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda dövlət və din arasında münasibətlər zəngin milli ənənələrimizə söykənir və müasir hüquqi normalarla tənzimlənir.
Dövlət başçısı dünyada dözülməzliklə bağlı ciddi problemlərin mövcud olduğunu qeyd edib.
“Hazırda qloballaşan dünyada mürəkkəb ictimai-siyasi proseslər yaşanır. Etnik, dini zəmində münaqişələr, irqi ayrı-seçkilik, dini ekstremizm və islamofobiya kimi arzuolunmaz təzahürlər müşahidə edilir”, - deyə İ.Əliyev vurğulayıb. O, bu cür mənfi hallara qarşı durmaq məqsədilə səylərin birləşdirilməsinin vacibliyini, o cümlədən, ənənəvi dünya dinlərinin liderləri tərəfindən konfessiyalararası dialoq və əməkdaşlığın dəstəklənməsinin zəruriliyini qeyd edib.
“Bütün bunlar Azərbaycanın daxili və xarici siyasətinin, demokratik dünya birliyi ilə əməkdaşlıq münasibətlərinin prioritet xəttini təşkil edir. Ölkəmiz bu sahədə nüfuzlu beynəlxalq və regional təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında uğurla fəaliyyət göstərir. Azərbaycan dövləti dinlərarası dialoqun dinamik inkişafına müsbət təsir göstərən bütün səyləri bundan sonra da dəstəkləyəcək”, - deyə İ.Əliyev söyləyib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət