Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 95 illik yubileyi münasibətilə təntənəli gecə keçirilib. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Azərbaycanın Rusiyadakı səfirliyinin və Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi yubiley gecəsində ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlu, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak ediblər.
P.Bülbüloğlu gecəni açaraq bildirib ki, Qara Qarayev təkcə Azərbaycan xalqının deyil, həm də bütün keçmiş SSRİ xalqlarının bəstəkarı idi.
Səfir qeyd edib ki, bəstəkar Dmitri Şostakoviçin tələbəsi olub. O, Azərbaycanda bütöv bir məktəbin yaradıcısıdır və onun yetirmələri bu gün də musiqinin müxtəlif janrlarında gözəl əsərlər yaradırlar.
“Qara Qarayev SSRİ-nin ən yüksək mükafatlarına layiq görülüb. O, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik, professor idi. 1945-ci ildə “Vətən” operasına görə Stalin mükafatına layiq görülüb. Həmin dövrdə bu mükafat gənc bəstəkarın yaradıcılığına verilən böyük qiymət idi. Qara Qarayev XX əsr musiqi tarixində çox parlaq iz qoyub”, - deyə saytda səfirin sözlərindən sitat gətirib.
Gecənin bədii hissəsində Azərbaycan dirijoru Elşad Bağırovun rəhbərliyi ilə P.Çaykovski adına Böyük Simfonik Orkestrin ifasında dahi bəstəkarın “Don Kixot” simfonik qravürləri, Rusiyanın məşhur skripkaçısı Alyona Bayevanın ifasında “Allegro moderato”, “Andante” və “Allegro kompozisiyaları səslənib. İkinci hissədə “İldırımlı yollarla” baletindən süita səslənib. Konsert “Yeddi gözəl” baletindən valsla başa çatıb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar»ın əsas tərəfdaşlığı ilə «Balloon Festival» keçirildi
Bakcell-in dəstəyi ilə «Google AI Hackathon» baş tutub
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət