“Atəşgah Həyat” sığorta şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı 2 hal üzrə ümumilikdə 52,546 min manat məbləğində birdəfəlik ödəniş həyata keçirib. Bu barədə şirkətin məlumatında deyilir.
“Atəşgah Həyat” sığorta şirkətində sığortalanmış sənaye müəssisələrindən birinin əməkdaşı bədbəxt hadisə nəticəsində gözlərinin zədələnməsi ilə əlaqədar əmək qabiliyyətini qismən itirib. Zərərçəkən şəxsə üçüncü qrup əlillik dərəcəsi verilib. Bu hal üzrə birdəfəlik ödənişin məbləği 39,5 min manat təşkil edib. Məbləğ zərərçəkən şəxsə ödənilib”, - deyə məlumatda qeyd edilir.
İkinci ödəniş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat müəssisəsinin əməkdaşının ölüm faktı ilə bağlı həyata keçirilib. Sığorta ödənişi 13,046 min manat təşkil edib. Bu məbləği həlak olan şəxsin qohumları alıb.
Xəbər verildiyi kimi, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun 2010-cu ilin iyul ayında qüvvəyə minib. 2010-cu ilin dekabrında bu sığorta növü üzrə xidmətlərin göstərilməsi üçün normativ-hüquqi aktların təsdiq edilməsi prosesi başa çatıb.
Bu sığorta növü üzrə xidmətlərin göstərilməsi ilə yalnız həyat sığortası üzrə ixtisaslaşmış sığorta şirkətləri məşğul ola biləcəklər. Hazırda Azərbaycanda həyat sığortası üzrə 3 ixtisaslaşmış sığorta şirkəti fəaliyyət göstərir.
Nazirlər Kabineti 2010-cu ilin noyabrında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərini təsdiq edib. Nazirlər Kabinetinin qərarına əsasən, iqtisadi fəaliyyətin bütün növləri 14 risk dərəcəsinə ayrılıb. Riskin bu dərəcəsi üzrə qulluqçular və fəhlələr üçün sığorta tarifinin həcmi müəssisənin risk səviyyəsindən asılı olaraq 0,2%-dən 2%-ə qədər təşkil edir.
Qanuna əsasən, sığorta tarifi müəssisədə əmək haqqı fonduna hesablanır.
Qanunda üç növ sığorta ödənişi nəzərdə tutulur: aylıq, birdəfəlik və əlavə.
“Atəşgah Həyat” 2009-cu il yanvarın 28-dək “Qafqaz sığorta” ASC kimi fəaliyyət göstərib. Şirkətin səhmdarları “I.S.R.Holding Limited” və “RAN-Eksim” şirkətidir.
2013-cü ilin I rübündə şirkətin sığorta haqları yığımı 9 mln. 509,977 min manat, ödənişləri 803,136 min manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət