“Paşa Bank” bir il müddətinə $30,25 mln. məbləğində kredit cəlb edib. Bu barədə bazar ertəsi bankdan məlumat verilib.
Kredit “Baltikums Bank AS”, “Commerzbank Aktiengesellschaft”, “FBME Bank Ltd” və “Raiffeisen Bank International AG” kimi iri beynəlxalq maliyyə institutlarından cəlb olunub.
“Raiffeisen Bank International AG” kredit agenti qismində çıxış edir.
Kredit ticarətin və ümumi investisiya layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
“Biz əməkdaşlıq etdiyimiz aparıcı banklardan güclü dəstək alırıq. Avropa bazarlarında hökm sürən qeyri-müəyyənliyə baxmayaraq, beynəlxalq istiqrazlar bazarına ilk uğurlu çıxışımız bunun bariz nümunəsidir. Bu inam, “PAŞA Bank”ın qısa tarixinə baxmayaraq özünün biznes strategiyasının uğurlu icrası çərçivəsində nümayiş etdirdiyi yüksək maliyyə və davamlı inkişaf göstəricilərinin nəticəsidir”, - deyə məlumatda bankın idarə heyətinin sədri Fərid Axundova istinadən bildirilir.
“Paşa Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb. Bankın səhmdarları iki hüquqi və bir fiziki şəxsdir. Bank “Paşa Holdinq”in strukturuna daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət