Bakıda Leopold və Mstislav Rostropoviçlərin ev muzeyində görkəmli Polşa bəstəkarı Vitold Lütoslavskinin 100 illiyi münasibəti ilə yubiley gecəsi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Poşalı musiqişünas, Krakov Bəstəkarlar İttifaqının sədri Yeji Stankeviç polyak bəstəkarlarından söz açaraq, XX əsrin görkəmli bəstəkarı Vitold Lütoslavskinin yaradıcılığı üzərində xüsusilə dayanıb. Bakıya gələn polşalı musiqiçilər - violonçel ustası Yan Kalinovski və pianoçu Marek Şlezer Lütoslavskinin, eləcə də Kşiştof Penderetski və Astor Piatsolanın əsərlərini ifa ediblər.
Daha sonra tanınmış azərbaycanlı violonçel ustası Eyyub Quliyev Lütoslavskinin qrafinya Şeremetyevaya həsr etdiyi “Şopenin avtoqrafı” musiqili pyesini ifa edib.
Gecədə Bakı Musiqi Akademiyasının professorları, Azərbaycan Bəstəkarlar İttifaqının musiqişünasları, polyak icmasının və Poşla səfirliyinin nümayəndələri iştirak ediblər.
Bununla yanaşı, V.Lütoslavskinin 100 illik yubileyi ilə əlaqədar olaraq aprelin 26-da Azərbaycan Dövlət Filarmoniyasında Polşadan gələn solistlərin iştirakı ilə simfonik konsert keçiriləcək. Musiqiçilər bəstəkarın violonçel və orkestr, eləcə də fortepiano və orkestr üçün yazılmış iki böyük həcmli əsərini ifa edəcəklər.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət