Ermənistanın Azərbaycan ərazisinin 20%-ni işğal etməsi nəticəsində Azərbaycan iqtisadiyyatına $60 mlrd.-dan çox ziyan dəyib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin əmək nazirlərinin konfransında çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, Ermənistanın həyata keçirdiyi təcavüzkar siyasət nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və köçkünə çevrilib.
Nazir vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və başladığı müharibə nəticəsində 20 mindən çox azərbaycanlı qətlə yetirilib, 50 mindən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alaraq əlil vəziyyətinə düşüb.
“Təcavüz nəticəsində həmçinin minlərlə müəssisə, o cümlədən yüzlərlə səhiyyə, təhsil və peşə təlimi müəssisələri, mədəniyyət obyektləri işğal altında qalıb, ölkə iqtisadiyyatına ümumilikdə 60 mlrd. dollardan çox ziyan dəyib”, - deyə o söyləyib.
Nazir deyib ki, Ermənistan işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT-nin 4 qətnaməsinə əməl etməlidir.
F.Ələkbərov Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqeyinə İƏT tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirib.
Nazir BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat olan İƏT-in sülh və əmin-amanlığın təmin edilməsi üçün davamlı səy göstərdiyini söyləyib.
“İslam həmrəyliyi şərtləri ilə bir çox sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində əməkdaşlığın möhkəmləndirilməsi ölkələrimizdə dayanıqlı sosial iqtisadi inkişafa mane olan problemlərin həllində vacib rol oynaya bilər. Bunun üçün isə qarşılıqlı etimad mühiti və siyasi iradə mövcuddur”,- deyə F.Ələkbərov bildirib.
Qlobal iqtisadi böhranın islam ölkələri iqtisadiyyatına, o cümlədən onların əmək və məşğulluq mühitinə mənfi təsirlərindən danışan nazir bu təsirlərin aradan qaldırılması məqsədi ilə vahid əməkdaşlıq şəbəkəsinin yaradılmasını düzgün və məqsədyönlü addım adlandırıb.
“Bu əməkdaşlıq şəbəkəsi təşkilata üzv dövlətlərdə işsizliyin azaldılması, işçi qüvvəsinin məhsuldarlıq səviyyəsinin yüksəldilməsi, əməyin mühafizəsinin gücləndirilməsi yolu ilə əmək bazarının təkmilləşdirilməsi üçün qabaqcıl və ya uğursuz təcrübələrin diqqətlə təhlil edilməsinə və sosial-iqtisadi sabitliyə yönələn konkret istiqamətlərdə birgə səylərin göstərilməsinə şərait yaradacaq”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, müasir dünyada əmək və məşğulluq sahəsində mövcud olan bir sıra problemlər islam ölkələri üçün də səciyyəvidir.
F.Ələkbərov qeyd edib ki, əmək bazarında gərginliyə səbəb olan belə problemlər iqtisadi tərəqqi və sosial rifaha əngəl olur.
“Belə şəraitin uzun müddət davam etməsi isə yalnız sosial tənəzzülə deyil, həm də son nəticədə siyasi sabitliyin pozulmasına rəvac verir və bu, son illərin dünya təcrübəsində özünü göstərən acı bir reallıqdır”, - deyən nazir əlavə edib: “Ona görə də hər bir ölkədə, o cümlədən İslam ölkələrində sosial-iqtisadi inkişafın dayanıqlı olması, yoxsulluğun azaldılması insan kapitalının təkmilləşməsinə yönələn strategiyaların hazırlanaraq ardıcıl şəkildə həyata keçirilməsi zərurətini ön plana çıxarır”.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət