İrəvanın 1988-ci ildə ermənilərin qırğını kimi qiymətləndirdiyi Sumqayıt hadisələrini SSRİ Dövlət Təhlükəsizlik Komitəsi hazırlayıb. Bu barədə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bəyan edib.
“Sumqayıt hadisələri SSRİ DTK tərəfindən həyata keçirilib. Biz həmin vaxt istintaqa bir çox sübutlar təqdim etdik, lakin bütün bu sənədlər məhv edildi”, - deyə Ə.Həsənov cümə günü “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti: qaçqınlara və məcburi köçkünlərə qayğısı, onların sosial problemlərinin həllində Azərbaycan hökumətinin, beynəlxalq humanitar təşkilatların iştirakı” mövzusunda konfransda çıxışı zamanı bildirib.
Konfrans Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilir.
“Biz öncə Sumqayıt hadisələrinin əsl mahiyyətini anlamırdıq. Sonradan həmin hadisələrdən 200 min azərbaycanlının Ermənistandan deportasiyası, Dağlıq Qarabağda separatçı meyllərin artması və gələcəkdə ərazilərimizin işğalı məqsədilə istifadə olunub. Daha sonra Sumqayıt hadisələrinin nə məqsədlə törədildiyi aydın olub”, - deyə Ə.Həsənov qeyd edib.
“Azərbaycan və Ermənistan arasında Qarabağ məsələsi hər zaman kəskin şəkildə durub. Yalnız Heydər Əliyev Azərbaycan SSR-də hakimiyyətə gəldikdən sonra separatçı meyllər minimuma enib, separatçı hərəkat zəifləyib, lakin buna baxmayaraq, közərməkdə davam edib”, - deyə Ə.Həsənov bildirib.
O qeyd edib ki, bir tərəfdən azərbaycanlının SSRİ rəhbərliyində yüksək post tutduğunu anlamaq sevindirici haldır, digər tərəfdən isə “məhz Heydər Əliyevin Moskvada yaşadığı dövrdə yenidən Azərbaycanın üzərini qara buludlar aldı”.
“Səbəblər bundan ibarət idi ki, dünya erməni lobbisi müsəlman respublikasının nümayəndəsinin SSRİ rəhbərliyində bu cür yüksək postda olması faktını qəbul etmək istəmirdi. Həmin illərdə dünya erməniləri Heydər Əliyevə qarşı hücuma keçdi. Onlar məqsədlərinə nail olmaq üçün Azərbaycanda bir neçə şəxsin satqınlığından istifadə etdilər. Həmin şəxslər H.Əliyevə qarşı kampaniyaya başladılar”, - deyə Ə.Həsənov qeyd edib. Onun sözlərinə görə, H.Əliyevə qarşı kampaniya Dağlıq Qarabağda separatçı hərəkatın yeni inkişafına təkan verdi.
“90-cı illər daha da faciəvidir: SSRİ süqut etdi və postsovet məkanında süni şəkildə münaqişələr yaradıldı. Azərbaycanda ilk üç il çox çətin olub, ölkədə xaos yaranmışdı. Yaranmış boşluqdan istifadə edən ermənilər ərazilərimizi işğal etdilər. Həmin illər dünya erməni lobbisi Mixail Qorbaçovu da istifadə etdi. Ona görə yox ki, M.Qorbaçov ermənilərə rəğbət hissi duyurdu, səbəb M.Qorbaçovun Heydər Əliyev, onun ağlı qarşısında zəifliyini və özünü təsdiq edə bilməməsini dərk etməsi idi”, - deyə baş nazirin müavini vurğulayıb.
Onun sözlərinə görə, 90-cı illərin əvvəlində baş verən proseslərin nəticəsində Azərbaycan parçalanma təhlükəsi qarşısında qaldı. O zaman xalq ölkəyə rəhbərlik etmək çağırışı ilə H.Əliyevə müraciət etdi. Ə.Həsənov qeyd edib ki, H.Əliyevin gəlişi ilə ölkədə sabitlik bərpa olundu, beynəlxalq birliyə inteqrasiya başladı.
“Onun siyasi addımları gərginliyin aradan qalxması və risklərin azalmasına yönəlmişdi”, - deyən baş nazirin müavini əlavə edib ki, yaranmış sabitlik nəticəsində ölkəyə xarici investisiyaların axını başladı, iqtisadi inkişafın əsası qoyuldu.
Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov öz növbəsində qeyd edib ki, H.Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə böyük diqqət ayırırdı.
“Əminik ki, Dağlıq Qarabağ münaqişəsi həll olunacaq, məcburi köçkünlər öz evlərinə qayıdacaqlar”, - deyə o vurğulayıb.
Əli Əhmədov bildirib ki, Azərbaycan rəhbərliyi qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün miqyaslı layihələr həyata keçirir, ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi istiqamətində məqsədyönlü siyasət yürüdür.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət