Azərbaycan və Rumıniyanın xarici işlər nazirləri strateji tərəfdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər. Bu barədə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov cümə günü Bakıda rumıniyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.
“Ölkələrimiz arasında strateji tərəfdaşlığa dair sənədin imzalanmasına baxmayaraq, bir sıra həll olunmamış məsələlər mövcuddur”,- deyə E.Məmmədyarov bildirib.
“Diplomatik və xidməti pasport sahibləri üçün viza rejimi hələ də ləğv edilməyib”, - deyə o əlavə edib.
Rumıniya XİN başçısı Titus Korlatsean azərbaycanlı həmkarı ilə görüşdə siyasi və iqtisadi məsələlərin müzakirə olunduğunu qeyd edib. “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verib. Biz Azərbaycanın enerji layihələrini dəstəkləyirik”,- deyə o söyləyib.
Rumıniyalı nazir həmçinin deyib ki, onun ölkəsi bütün dondurulmuş münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə nizamlanmasına tərəfdardır.
Energetika sahəsində əməkdaşlıq məsələsinə toxunan T.Korlatsean bildirib ki, Azərbaycan tərəfini Konstansiya limanındakı imkanlarla tanış olmağa dəvət edib. “Liman Qara dəniz, Dunay vasitəsi ilə Avropaya strateji çıxışa malikdir və biz azərbaycanlı dostlarımıza bu imkanları nəzərdən keçirməyi təklif edirik. Digər tərəfdən, 2014-2020-ci illəri əhatə edən Dunay strategiyası Avropa Birliyi tərfindən maliyyələşdiriləcək və bu da öz növbəsində müxtəlif malların tranzitinə imkan yaradacaq. Əgər Gürcüstanın dəstəyi ilə Xəzər regionundan yükləri Qara dəniz vasitəsi ilə nəql etmək mümkün olsa, bu, strateji layihə ola bilər”, - deyə o vurğulayıb. Nazirin sözlərinə görə, Bakıya indiki səfəri zamanı bu məsələ Azərbaycanın rəsmi şəxsləri ilə ətraflı şəkildə müzakirə olunub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət